Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mədəni aldatmaq üçün yeməkdən əvvəl su içmək lazımdır"
"Mədəni aldatmaq üçün yeməkdən əvvəl su içmək lazımdır"

“Arıqlamaq indi çox aktualdır. Amma arıqlayanda da sağlam arıqlamaq lazımdır. Bu yaxınlarda bir xəstə çox ağır vəziyyətdə yanıma gətirildi. Sapsarı rəngdə idi, tutmaları və kəmərvari sancıları olurdu. Ağzına yemək qoya bilmirdi, qaytarırdı. Sidiyinin rəngi qapqara qaralmışdı, çox ağır bir vəziyyətdə idi. Xəstə gətirildi müayinə olundu. Sonda məlum oldu ki, əlliyə qədər arıqlama çayı içib. Təsəvvür edin ki, qaraciyərdə bütün disbalans pozulub, qaraciyərdə öd ifrazı pozulub, iltihab gedib, irinləmə olub və həmin iltihablı öd mədəaltı vəzi qıcıqlandırıb. Birinci növbədə qaraciyərin toksiki zədələnməsi və ikincil olaraq kəskin pankreatit yaranmışdı”

Bu barədə Bizimyol.info xəbər portalına həkim-terapevt Məlahət Abbasova danışıb. O, qeyd edib ki, insanlar müxtəlif olduğu kimi onların orqanizmi də, onların xarici qıcığa verdiyi cavablar da müxtəlifdir. İnsanlar çox müxtəlifdir.

“Hərdən belə olur: məsələn mən bir məclisdə oluram, biri deyir öskürürəm, o biri deyir mən filan dərmanı içdim sən də iç. Belə baxıram ki,sən necə risk edirsən, həkim olmadan bu məsləhəti verirsən? Var bizim aramızda belə məsləhət verən insanlar. Əgər arıqlamaq istəyirsinizə, mütləq həkimə müraciət edin” - deyə Məlahət Abbasova qeyd edib.

Həkimin sözlərinə görə, arıqlaya bilmək üçün ilk öncə sevdiyin qidaları yeməlisən, sevmədiyin qidalardan imtina etməlisən. Tox qarına heç vaxt yemək yeməməliyik.

“Mədəni aldatmaq lazımdır. Yeməkdən əvvəl su içmək lazımdır. Su mədənin 3/1 hissəsini tutur. Meyvə tərəvəzlərdən istifadə etmək lazımdır. Meyvə və tərəvəz mədədə olan seliyi aparır. Yəni seliyi aparanda yemək üçün təmiz mədə qalır. Zülallı, yağlı, karbohidratlı yeməkləri yemək olar. Biz azərbaycanlılarda belə bir xüsusiyyət vardır ki, yemək yedikdən sonra sanki mütləq çay içməliyik. Bu, bizim dəyişdirmədiyimiz xüsusiyyətimizdir. Nəzərə alın ki, yemək yeyən kimi çay içmək olmaz. Çay içdikdə mədədə olan yeməklərin tərkibində olan vitaminlər istinin təsirindən ölür. Belə olanda bəzi xəstələrdə anemiya və başqa xəstəliklər yaranır. Çay içmək üçün ən azından yeməkdən bir saat keçməlidir.

Bəzən olur ki uşaqların əlindən şirniyyatı gizlədirlər. Gizlətmək lazım deyil. Çünki uşağın bədəni ona ehtiyac edir. Yəni bizim bədənimizin nəyə ehtiyyacı varsa, onu tələb edir” - deyə həkim qeyd eidb.

Həkim video-müsahibəsində arıqlama dərmanlarından da danışıb. Bizimyol.info müsahibə videosunu təqdim edir:

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »