Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb
İtaliyada İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb

İtaliyanın Po çayında İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba aşkaranıb.

Bizimyol.info “Associated Press” agentliyinə istinadla xəbər verir ki, 450 kq bomba balıqçılar tərəfindən tapılıb.

Qeyd edək ki, uzunluğu 650 km olan çayın böyük hissələri son 70 ildə tamamilə quruyub. Ordu rəsmisi polkovnik Marko Nasi “Reuters” xəbər agentliyinə bildirib ki, "bomba Po çayının sahilində balıqçılar tərəfindən tapılıb".

Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə necə əlaqələndirilir?

İtaliya hərbi rəsmilərinin sözlərinə görə, partlamamış qurğu iyul ayında Lombardiyanın Borqo Virgilio kəndi yaxınlığında aşkar edilib. Ordu rəsmiləri bombanı bazar günü idarə olunan partlayışda işə salaraq partladıblar.

Bomba zərərsizləşdirmə mütəxəssislərinin partlayışı həyata keçirə bilməsi üçün yaxınlıqda 3000-ə yaxın sakinin təxliyə edilib.

"Əvvəlcə bəzi sakinlər köçməyəcəklərini deyirdilər. Son bir neçə gündə biz onları iandıra bildik”,- deyə şəhər meri Francesco Apori bildirib.

Bomvanın partladılması zamanı ərazinin hava məkanı və su yolu da qısa müddətə bağlanıb.

Xatırladaq ki, Po İtaliyanın cənub-qərb Alplarından Adriatik dənizinə axan ən uzun çayıdır. Lakin builki illik peyk görüntüləri çayın böyük hissəsinin quruduğunu göstərir.

İtaliya hakimiyyəti ötən ay ölkənin kənd təsərrüfatı istehsalının üçdə birini suvaran Po ətrafı ərazilər üçün fövqəladə vəziyyət elan edib.

Son aylar istilər və yağışın olmaması səbəbindən onun axını zəifləyib. Po vadisindəki fermerlər duzlu dəniz suyunun çaya sızdığını və əkinləri məhv etdiyini iddia edirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »