Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna taxılını daşıyan daha iki gəmi yola çıxıb
Ukrayna taxılını daşıyan daha iki gəmi yola çıxıb

Ukrayna taxılını daşıyan daha iki yükdaşıyan gəmi ölkə limanlarını tərk edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “Tvitter” hesabında məlumat yayıb.

"Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukrayna limanlarından taxılın daşınması davam edir",- deyə Türkiyə nazirliyi bildirib.

Nazirlik dəqiqləşdirib ki, İtaliyaya 11 min ton soya daşıyan “Sakura” quru yük gəmisi Yujnı limanını tərk edib. Bundan əlavə, Türkiyənin İsgəndərun limanına təxminən 48,5 min ton yük daşıyan “Arizona” quru yük gəmisi Çernomorsk limanını tərk edib.

Türkiyə Müdafiə Nazirliyi əlavə edib ki, əvvəllər Ukrayna limanlarını tərk etmiş taxıl daşıyan 4 gəmi bu gün axşam İstanbula çatacaq. Sabah isə, gəmilər yoxlanılacaq.

Bir neçə gün əvvəl bildirlirdi ki, əvvəllər Odessa və Çernomorskda bloklanan üç xarici taxıl daşıyıcısından birincisi İstanbula gəlib. Söhbət Panama bayrağı altında üzən “Navy Star” yük gəmisindən gedir.

Quru yük gəmiləri Birgə Koordinasiya Mərkəzinin nümayəndələri tərəfindən yoxlanılır.

Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT İstanbulda Ukrayna taxılının və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracına dair saziş imzalayıblar.

Müqavilə çərçivəsində Kiyev və Moskva taxıl ixrac edən gəmilərə zərbə endirməmək barədə razılığa gəliblər.

Bir müddət əvvəl bildirilmişdi ki, İtaliyaya gedən “Mustafa Necati” gəmisi 6 min ton günəbaxan yağı ilə, Çinə göndərilən 45 min ton günəbaxan olan "Star Helena" quru yük gəmisi, İstanbula 66 min ton qarğıdalı daşıyan "Glory" gəmisi, həmçinin Türkiyənin İskəndərun bölgəsinə 44 min ton qarğıdalı ixrac edən "Riva Wind" quru yük gəmisi Ukrayna limanlarından çıxıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »