Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın peykindən Rusiya istifadə etməyəcək" - Tehran
"İranın peykindən Rusiya istifadə etməyəcək" - Tehran

Tehran öz peykindən Moskvanın Ukraynadakı hərbi hədəflərə nəzarəti gücləndirmək üçün istifadə edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Kosmik Agentliyinin (İKA) bəyanatında deyilir.

"Bu peykin idarə edilməsi və istismarı ilə bağlı bütün əmrlər ilk gündən və orbitə buraxıldıqdan dərhal sonra İran kosmik bazalarında yerləşən iranlı mütəxəssislər tərəfindən yerinə yetiriləcək və veriləcək",- deyə IKA bildirib.

Avqustun 9-da isə, Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz” raketi ilə “Xəyyam” peyki orbitə çıxarılacaq.

Qeyd edək ki, “The Washington Post” qəzetinin iddiasına görə, Rusiya Ukraynadakı hərbi qüvvələrinə kömək etmək üçün peykdən aylarla istifadə edəəck.

İKA bu iddianı həqiqətə uyğun saymayaraq, rədd edib. Qeyd edilib ki, heç bir üçüncü ölkə şifrələnmiş alqoritmi sayəsində peykin göndərdiyi məlumatlara daxil ola bilməz.

IKA “Xəyyam”ın digər ölkələrin hərbi məqsədləri üçün yararsız olduğunu vurğulayıb.

Onun şəkilləri kənd təsərrüfatının, təbii ehtiyatların, ətraf mühitin, su ehtiyatlarının, mədənlərin və sərhəd nəzarətinin müxtəlif sahələrində idarəetmə və planlaşdırmanın təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Bir müddət əvvəl qeyd edilirdi ki, Moskva Rusiya ordusunun müqavimətini gücləndirmək üçün Tehrandan İHA almağı planlaşdırır. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yaymışdı.

Xatırladaq ki, “Roskosmos” avqustun 9-da Yerin uzaqdan zondlanması üçün İranın Xəyyam peykini orbitə çıxarmağı planlaşdırdığını elan edib.  ISW hesab edir ki, bu, Rusiyaya diplomatik və hətta birbaşa hərbi dəstək üçün Tehranın yardımı kimi qəbul edilə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »