Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın 10 generalı məhv edilib, 6 komandanı sıradan çıxıb" - Britaniya
"Rusiyanın 10 generalı məhv edilib, 6 komandanı sıradan çıxıb" - Britaniya

Genişmiqyaslı müharibə başlayandan bu günə qədər Ukrayna ordusu ən azı 10 Rusiya generalını məhv edib. Bununla yanaşı, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 Rusiya komandanı da arxa cəbhədə sıradan çıxarılmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Tvitter” səhifəsində məlumat yayıb. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyasının Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər.

General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

Digər Rusiya generalı A.V.Dvornikov Ukraynadakı əməliyyatın ümumi komandanlığını aldıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.

General Sergey Surovik Cənub Qüvvələr Qrupunun komandanlığında general G.V.Jidkanın yerinə təyin edilib.

Qeyd olunur ki, bütün bunlarla yanaşı, Ukraynadakı müharibədə azı 10 Rusiya generalı da həlak olub.

Xatırladaq ki, fevralın 24-dən bəri Rusiya orudusu ümumi 42 200 nəfərə yaxın itki verib. Amma bu məlumat Ukrayna tərəfinin açıqladığı rəqəmlərə əsaslanır. Müstəqil mənbələrin fikrincə, Rusiya ən azı 20 min hərbçisini itirib.

O cümlədən, son sutka ərzində Ukrayna əsgərləri daha 300 Rusiya hərbçisini öldürdüyü barədə məlumat yayıb.

Həmçinin bildirilib ki, “son 3 həftə ərzində Ukrayna hərbçiləri Rusiya işğalçılarının iki batalyon-taktiki qrupunu məhv edib”.

Məlumata əsasən, müharibə başlayandan bu günə qədər Rusiya ordusunun 1808 ədəd tankı, 4059 zirehli döyüş maşını, 961 artilleriya sistemləri, 260 MLRS, 137 hava hücumundan müdafiə sistemləri, 223 təyyarəsi, 191 helikopterləri, 756 İHA-sı , 182 qanadlı raketi, 15 gəmisi və qayığı, 2986 avtomobil avadanlığı və tankerləri, 87 xüsusi texnikası məhv edilib.

Rusiya ordusu ən böyük itkisini Donetsk istiqamətində verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »