Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan "müttəfiqlik xəyanəti": Türkiyənin F-35-ləri Yunanıstana gedir
ABŞ-dan "müttəfiqlik xəyanəti": Türkiyənin F-35-ləri Yunanıstana gedir

Türkiyə ilə ABŞ arasında böyük böhrana səbəb olan S-400 prosesindən sonra Vaşinqton rəhbərliyi Türkiyəni həm istehsalçısı, həm də alıcısı olduğu F-35 proqramından çıxarıb və F-35-ləri satmamaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, F-35 ala bilməyən Türkiyə fərqli alternativlərə üz tutarkən Yunanıstan mediasından diqqətçəkən bir iddia gəlib. Belə ki, gələn il Türkiyə kimi seçki keçirməyə hazırlaşan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin də bu gedişlə əlinin güclənəcəyi irəli sürülüb. Bundan əlavə, ABŞ rəsmilərinin Yunanıstana 20 F-35 satmağı planlaşdırdığı və daha 20 F-35 satmaq variantının olduğu bildirilib.

Yunanıstanın milyardlarla dollar ödəmə riski daşıyacağı bildirilsə də, Pentaqonun bu prosesi sürətləndirməsinin "qeyri-adi" olduğu qeyd edilib.

"ABŞ və Pentaqonun bu proseduru sürətləndirmək cəhdi qeyri-adidir və Mitsotakisin ABŞ Konqresindəki çıxışından sonra baş verir",- deyə hesabatda deyilir.

Xatırladaq ki, Mitsotakis həmin çıxışında ABŞ prezidenti Co Baydenə F-16-ları Türkiyəyə satmamağa çağırmışdı.

Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros və müdafiə naziri Nikos Panagiotopoulosun da Vaşinqtonda Pentaqon və reaktiv təyyarələr istehsal edən “Lockheed Martin”-in rəsmiləri ilə görüşdüyü bildirilib. Həmçinin qeyd olunub ki, sazişin başa çatması üçün Yunanıstan infrastrukturu hazırlamalıdır.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri və “Lockheed Martin” şirkətlərindən bəzi rəsmilər Kritdəki Souda körfəzində hərbi bazalarla yanaşı, digər hərbi bazalarda da aşkarlama işləri aparacaqlar.

Əlavə edək ki, Yunanıstan mediası "Türkiyə ilə yaşanan gərginliyə görə Yunanıstan Hərbi Hava Qüvvələri bu təyyarələri Egeydən uzaqlaşdırmaq istəyib" şərhini verib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »