Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ 1,4 milyard çinlini özünə düşmən edir, axırı yaxşı olmayacaq"
"ABŞ 1,4 milyard çinlini özünə düşmən edir, axırı yaxşı olmayacaq"

Çin hakimiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “xalq düşməni” adlandırıb.

Bizimyol.info “Newsweek” nəşrinə istinadla xəbər verir ki, bu qərar Çinin xarici işlər naziri Vanq Yi tərəfindən səsləndirilib.

Nazir vurğulayıb ki, bəzi ABŞ siyasətçiləri yalnız öz maraqlarını düşünür.

Onun fikrincə, ABŞ Tayvan məsələsində odla oynayayır.

O bildiirb ki, ABŞ 1,4 milyard çinlini özünə düşmən edir. Bunun axırı isə yaxşı olmayacaq.

Nazir təəssüflə qeyd edib ki, ABŞ hakimiyyəti Çinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadan ölkəyə üçüncü tərəf səfəri təşkil edib.

O,  həmçinin Tayvanın ABŞ-ın deyil, Çinin bir hissəsi olduğunu xatırladıb.

"Pelosi açıq şəkildə adada separatçı qüvvələrə dəstək verməklə  və onlara qoşulmaqla Çin xalqının düşməninə çevrilib",- Vanq Yi deyib.

Xatırladaq ki, Pelosi Çinin təhdidlərinə baxmayaraq, 2022-ci ilin avqustun əvvəlində Tayvana səfər edib.

Nensi Pelosi Nensi Pelosi

Orada o, Tayvan demokratiyasına, eləcə də Ukraynaya dəstək bəyanatları verib. Pelosi bildirib ki, ABŞ avtokratlara boyun əyməyəcək.

Pekin isə, narazılığını dilə gətirərək ada ətrafında hərbi təlimlər keçirəcəyini bildirib. Pekin vurğulayır ki, ABŞ Pelosinin Tayvana səfərinin bütün nəticələrinə görə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana  səfəri  1997-ci ildən bəri ilk belə səfərdir.

Özünü “Çin Respublikası” adlandıran Tayvan 17 ölkə tərəfindən tanınan dövlətdir. Vətəndaş müharibəsində Mao Zedong kommunist rejimi tərəfindən məğlub edilməzdən əvvəl Çinin bütün ərazisinə nəzarət edirdi. 1949-cu ildən bəri yalnız Tayvana və bir neçə kiçik adaya nəzarət edir.

ÇXR Tayvanı öz əyaləti hesab edir və “dinc yolla birləşmə” arzusunu bəyan edir. Tayvan işğal olunarsa, silahlı müqavimət göstərməyə hazır olduğunu bildirir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »