Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan müəyyən şəkildə Putinə təsir edə bilir"
"Ərdoğan müəyyən şəkildə Putinə təsir edə bilir"

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın fikirncə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “müəyyən şəkildə” Rusiya diktatoru Vladimir Putinə təsir etmə gücü var.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, səfir bu barədə "RBC-Ukrayna"-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə Ukraynanın strateji tərəfdaşı olaraq qalır.

“Ukrayna rəhbərliyi hələ də davam edən genişmiqyaslı müharibədən əvvəl də Ankaranın öz maraqlarının olduğunu başa düşürdü. Təbii ki, vasitəçilik xidmətləri, Rusiya döyüş gəmiləri üçün Bosfor və Çanaqqala boğazlarının bağlanması, humanitar yardımlar, siyasi dəstək müsbət hallardır. Bütün bunlarla yanaşı, bizim bəyənmədiyimiz və qəbul etmədiyimiz hallar var.

Hazırda Rusiya-Türkiyə yolu bizim üçün də həssasdır. Biz buna daha sərt reaksiya veririk, lakin nədənsə incidiyimiz üçün bu onlarla olan münasibətləri korlayacağımız anlamına gəlmir”,– Bodnar bildirib.

O qeyd edib ki, bəzi məsələlərdə, o cümlədən Türkiyənin Rusiya ilə qarşılıqlı əlaqəsi məsələsində “mürəkkəb dialoq" var. "Deyə bilərik ki, bu, ilk növbədə öz maraqlarını müdafiə edən və bacardığı şəkildə həyata keçirən ölkədir",- deyə diplomat bildirib.

Bodnar türklər və ruslar arasında dialoqun “bəzi məsələlərin həllinə kömək etdiyini” vurğulayaraq buna misal kimi “taxıl müqaviləsi”ni göstərib. Onun sözlərinə görə, Ərdoğan müəyyən şəkildə Putinə təsir edə bilir. Putini müəyyən razılaşmaları yerinə yetirmək üçün “stimullaşdırmaq” gücünə malikdir.

Xatırladaq ki, Ərdoğan hələ yaz aylarında Zelenski ilə Putin arasında danışıqların təşkilini dəfələrlə təklif edib. Bir müddət əvvəl “The Washington Post” yazırdı ki, Putin Qərbin sanksiyalarından yan keçmək üçün Ərdoğana müraciət etmək niyyətindədir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »