Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Şərtlər yerinə yetirilməyəncə Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməyəcək”
Nazir: “Şərtlər yerinə yetirilməyəncə Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməyəcək”

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.

“Report”un məlumatına görə, nazir bu barədə “Akit TV” telekanalının efirində deyib.

“Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil”, - nazir deyib.

O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.

Qeyd edək ki, razılaşmadan sonra İsveçdə PKK terror qruplaşması tərəfdarlarının aksiyası keçirilib. Bu da yerli hakimiyyət orqanlarının terrorçulara dəstək verdiyini bir daha sübut edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »