Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin ikinci COVID testinin nəticəsi məlum olub
Baydenin ikinci COVID testinin nəticəsi məlum olub

ABŞ Prezidenti Co Bayden ikinci dəfə COVID testindən keçib.

APA xəbər verir ki, testin nəticəsi mənfi olub.

Bu barədə onu müalicə edən həkim Kevin O'Konnoranın bazar günü yaydığı bəyanatda deyilir:

"Bu səhər prezidentin SARS-CoV-2 üçün antigen testinin nəticəsi ikinci gün ardıcıl olaraq mənfi olub. O, ictimai fəaliyyətlərə və prezidentlik səfərlərinə təhlükəsiz şəkildə qayıdacaq".

Qeyd edək ki, həkim əvvəlcə bildirmişdi ki, Prezident özünü yaxşı hiss etsə də, növbəti mənfi nəticəli Covid-19 testinədək özünütəcrid rejimi davam edəcək.

Xatırladaq ki, iyulun 21-də müsbət nəticəli Covid-19 testindən sonra Co Bayden fəaliyyətini təcrid rejimində davam etdirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »