Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Söyüş söymək gərginliyi azaldır, amma əvəz etmək də mümkündür”
“Söyüş söymək gərginliyi azaldır, amma əvəz etmək də mümkündür”

Çoxumuz zaman-zaman söyüş söyür, hətta bəzilərimiz söyüşlə danışırıq. Mütəxəssislərə görə, söyüş söymək emosinonal gərginliyi azaldır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, psixoloq Julia Vorman söyüş söyməyi tərgitmək və eyni zamanda  gərginliyi azalda bilmək üçün müxtəlif məsləhətlər verib. Bu barədə “Psixoloji dəstək” teleqram kanalında deyilir.

"Yəqin ki, hər birimiz müşahidə etmişik, müharibə zamanı söyüş dinc vaxta nisbətən daha tez-tez eşidilir. Və bu təəccüblü deyil, çünki söyüşlərin funksiyalarından biri də güclü, kəskin neqativ hisslərin sürətli reaksiyasıdır. Bu isə emosional gərginliyi azaltmağa kömək edir”,- deyə psixoloq qeyd edir ki, bun unla belə söyüşü başqa ifadələrlə əvəz etmək də mümkündür.

Onun sözlərinə görə, emosiyaları azad etmək üçün söyüşdən istifadə etmək istəmirsinizsə, aşağıdakıları etməyə cəhd edə bilərsiniz:

“Tez-tez işlətdiyiniz bütün söyüşləri bir kağız parçasına yazın. Dediyiniz hər ədəbsiz sözün qarşısına cəmiyyətdə məqbul olan əvəzedici söz yazın (bu, təkcə söz deyil, məsələn, ifadə, atalar sözü, deyim, aforizm ola bilər).

Növbəti dəfə emosiyalarınızı həyat yoldaşınız üzərində ifadə etməlisiniz. Yəni söyüşləri başqa sözlərlə əvəz edərək məşq etməlisiniz. Unutmayın ki, məşq etmək üçün vaxt lazımdır. Ona görə də istədiyiniz nəticəni dərhal əldə edə bilməyəcəksiniz. Ruhdan düşməyin",- deyə psixoloq əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl  Rivne vilayətində keçirilən onlayn “son zəng” şənliyi zamanı bir yeniyetmə “Xalqa eşq olsun!” şüqarının əvəzinə Rusiya Federasiyanı söyüb. Buna görə onun valideynlərinə qarşı inzibati protokol tərtib edilib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »