Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: Bürcünüzün uğurlu günü hansıdır
Ulduz falı: Bürcünüzün uğurlu günü hansıdır

Hər bürc fərqlidir və hər bürcün uğurlu günü var. Bəs Sizin uğurlu gününüz hansıdır? Bilirisinizmi?

Hər kəsin özünü ən rahat hiss etdiyi bir gün var. Bəziləri üçün şənbə, bəziləri üçün isə çərşənbə uğrulu gün ola bilər. Amma reallıq budur ki, hər bir bürcün həftə içi öz uğurlu günü var. Bürcünüzə əsasən uğurlu gününüzü tanıyın:

Qoç - Aktivliyi ilə tanınan Qoç bürcünün uğurlu günü çərşənbə axşamıdır.

Buğa - Rahatlığı ilə məşhur olan Buğa bürcünün uğurlu günü cümə günüdür.

Əkizlər - Qərarsızlıq bürcü kimi tanınan Əkizlər bürcünün uğurlu günü çərşənbədir.

Xərçəng - Həssas Xərçəngin uğurlu günü bazar ertəsidir.

Şir - Hakim olan Şir bürcünün uğurlu günü bazar günüdür.

Qız - Vasvasılığı ilə seçilən Qız bürcünün uğurlu günü çərşənbədir.

Tərəzi - Tarazlıqda güzəştə getməyən Tərəzi bürcünün uğurlu günü cümə günüdür.

Əqrəb - Hissləri ilə seçilən Əqrəb bürcünün uğurlu günü çərşənbə axşamıdır.

Oxatan: Müdrikliyi ilə məşhur olan Oxatan bürcünün uğurlu günü cümə axşamıdır.

Oğlaq: İşə olan həvəsi ilə tanınan Oğlaq bürcünün uğurlu günü şənbə günüdür.

Dolça - İnadkarlığı ilə məşhur olan Dolça bürcünün uğurlu günü bazar günüdür.

Balıq - Emosional Balıqların uğurlu günü cümə axşamıdır.

İşlərinizdə uğur qazanmaq üçün yaxşı olar ki,  bütün işlərinizi sizin üçün uğurlu olan gündə görəsiniz. Çətin görüşlər, müzakirələr, iş görüşmələri, sevgilinizlə ilk görüş və s. vacib məsələləri uğurlu gününüzə təyin edin ki, nəticə əldə edə biləsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »