Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada su qıtlığı qorxulu səviyyəyə çatıb
Avropada su qıtlığı qorxulu səviyyəyə çatıb

Fransa rekord quraqlıqla mübarizə aparmaq üçün anti-böhran qərargahı yaradıb.

Bizimyol.info Bloombergə istinadla xəbər verir ki, bu barədə baş nazir Elizabet Born bəyanat verib.

Agentliyin məlumatına görə, yaradılan bölmə ən çox zərər çəkmiş ərazilərin su təchizatını əlaqələndirəcək, həmçinin quraqlığın kənd təsərrüfatına və enerji istehsalına təsirinə nəzarət edəcək.

Baş nazir vətəndaşların diqqətini suya qənaət etməyin vacibliyinə də yönəldib və lazım gələrsə, məhdudiyyətlərin davam etdiriləcəyini deyib.

“Bu quraqlıq ölkəmizdə indiyə qədər qeydə alınan ən pis quraqlıqdır. Yağışların olmaması buxarlanmanı və suya olan ehtiyacı artırır”,- deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, vəziyyət hökumətin 96 inzibati rayondan 93-də su məhdudiyyəti tətbiq etməsinə səbəb olub. Ötən gün baş nazir bildirib ki, 100-dən çox şəhər içməli susuz qalıb. Suyun qorunması tədbirlərinə bitkilərin suvarılmasına qadağa daxildir.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bu ərəfədə açıqlayıb ki, havaların isti və quraq keçməsi ilə əlaqədar bu il əsas bitkilərin, o cümlədən qarğıdalıların məhsuldarlığı təxminən 19 faiz azalacaq.

Avropa Komissiyasının (AK) Birgə Araşdırma Mərkəzi yaxınlaşan təhlükə barədə xəbərdarlıq edib. Hələ iyulun 24-də Fransada 88 departament su istehlakını məhdudlaşdırıb.

Xatırladaq ki, 2022-ci ilin yayında Avropa İttifaqı ərazisinin demək olar ki, yarısı güclü quraqlıq proqnozlaşdırmışdı.

“Aİ-də uzun sürən quraqlığın yayılmasının təhlili göstərir ki, Aİ ərazisinin 46 faizi quraqlıqdan əziyyət çəkəcək. Aİ-nin 11 faizi artıq su çatışmazlığı səbəbindən problem yaşayır”,- deyə bildirilir.

Tədqiqatçıların fikrincə, quraqlıq Almaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Polşa, Macarıstan, Rumıniya, Sloveniya və Xorvatiyada meşə yanğınlarının artmasına və əhəmiyyətli məhsul itkilərinə səbəb ola bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »