Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Rusiya, Çin, Şimali Koreya və İrandan nüvə təhlükəsi gözləyir
Pentaqon Rusiya, Çin, Şimali Koreya və İrandan nüvə təhlükəsi gözləyir

Pentaqon dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tərəfdarı olduğunu bildirib. Lakin qeyd edilib ki, buna mane olan amillər var.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ müdafiə nazirinin müavini Kolin Hahlın sözlərinə görə, təhlükəsizlik vəziyyəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin məqsədlərinə doğru irəliləməyə mane olur.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvadan gələn nüvə təhdidləri nüvə tərksilahına mane olur.

Kolin əlavə edib ki, nüvə silahının yayılmaması məsələləri Çinin nüvə silahlarını modernləşdirməsi və genişləndirməsi, İranın nüvə silahı hazırlaması və Şimali Koreyanın yeni nüvə sınağına hazırlığı ilə təzyiq altındadır.

"Mövcud təhlükəsizlik mühitindəki çətinliklərə baxmayaraq, Birləşmiş Ştatlar nüvə risklərini azaltmaq üçün mümkün olan yerlərdə digər nüvə silahına malik dövlətlərlə işləməyə davam edəcək və biz bunu real gözləntilərlə edəcəyik",-deyə o bildirib.

Xatırladaq ki, Şimali Koreya diktatoru Kim Çen In ölkəsinin nüvə müharibəsinin qarşısını almaq üçün imkanlarını səfərbər etməyə və ABŞ və Cənubi Koreya ilə istənilən hərbi münaqişəyə müqavimət göstərməyə hazır olduğunu bildirib.

"Silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə tam hazırdır və nüvə müharibəsindən çəkindirən dövlətimiz də öz missiyasını yerinə yetirmək üçün mütləq gücünü səfərbər etməyə tam hazırdır",- deyə Kim Çen In bildirib.

O, vurğulayıb ki, Vaşinqton Şimali Koreyaya qarşı “təhlükəli, qeyri-qanuni düşmənçiliyini” davam etdirir.

Yeri gəlmşkən, qeyd edək ki, Rusiya Federasiyası nüvə silahından istifadə ilə daim təhdid edir. Belə ki, bir müddət əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın nüvə silahından istifadə etmək üçün dörd variantdan danışıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »