Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vaşinqton başqa ölkələrə barmaq silkələyir" - Çin
"Vaşinqton başqa ölkələrə barmaq silkələyir" - Çin

Çin Xarici İşlər Nazirliyi ABŞ Senatının Co Bayden administrasiyasına Rusiya Federasiyasını terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etmək çağırışına münasibət bildirib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  iyulun 28-də ABŞ Senatı yekdilliklə Dövlət Departamentini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying çağırışa cavab olaraq ABŞ-ı "hegemon” adlandırararq  qeyd edib ki, ABŞ hər zaman başqa ölkələrə damğa vurmaqla məşğul olub və özünü hakim kimi göstərməyə  çalışıb.

O, Rusiyanı “terrorizmlə mübarizədə qlobal səylərdə mühüm qüvvə” adlandırıb. Pekin sözcüsü bildirib ki,  Vaşinqton “başqa ölkələrə barmaq silkələyir və əsassız ittihamlar irəli sürür”.

“Rusiya terrorizm təhlükəsizliyi ilə mübarizədə fəal və konstruktiv rol oynayır. ABŞ Rusiyaya qarşı “pis niyyətli, saxta ittihamlar irəli sürüb”,-deyə Hua Chunying əlavə edib.

Xatırladaq ki, Dövlət Departamentinin məlumatına görə, terrorizmin dövlət sponsorları - beynəlxalq terror aktlarına dəstək verən ölkələrdir. Və onlaırn bir siyahısı var.  Siyahıya daxil olmaq ABŞ-ın ciddi iqtisadi və siyasi sanksiyalarını - silah tədarükünə qadağa, ikili təyinatlı malların ixracına nəzarət, iqtisadi yardıma qadağalar, eləcə də müxtəlif maliyyə və digər məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Siyahının tərtibinə 29 dekabr 1979-cu ildə başlanılıb. Liviya, İraq, Cənubi Yəmən, Suriya, Kuba, İran və Şimali Koreya bu sihayıya əlavə edilib.

Ukrayna hakimiyyətinin nümayəndələri, o cümlədən prezident və onun aparatının rəhbəri dəfələrlə dünyanı Rusiya Federasiyasını terrorçu dövlət kimi tanımağa çağırıblar.

Qeyd edək ki,  iyulun 21-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkeni Rusiya Federasiyasını terrorçu ölkə kimi tanımağa çağırıb və bildiirb ki, əks halda Konqres təkbaşına belə bir qərar verəcək.

İyulun 24-də isə ABŞ-ın Ukraynadakı səfiri Brink bildirib ki, Vaşinqton Rusiyanı terrorizmin sponsoru elan etməyi “ciddi” şəkildə nəzərdən keçirir. Lakin buna baxmayaraq, təhlilə-araşdırmaya ehtiyac var.

Moskva isə xəbərdarlıq edib ki, bu halda ABŞ-la diplomatik əlaqələri kəsə bilərlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »