Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun sözlərinə görə, Rusiyanın “elitaları” siyahısında cəmi 86 nəfər var. Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) onları şərti olaraq “Putinin məqbərəsi” layihəsinə toplayıb.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Danilov bu barədə “Kiyev 98Fm” radiosuna müsahibəsində danışıb. Onun sözlərinə görə, “Rusiyada diktator dəyişsə belə, yenə də Kremlin siyasətinə təsir edən 85 nəfər qalacaq”.
“Hətta hakimiyyətin əsas nümayəndəsi dəyişsə belə, “kollektiv Putin” heç yerə getməyəcək. Bu onunla bağlıdır ki, 22 illik diktatura dövründə Kremldə liberal sayıla biləcək şəxslər olmayıb”,- deyə Danilov bildirib.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasında "Putinin məqbərəsi" kod adlı layihə var. Layihədə Kremlin və Rusiyanın siyasətinə təsir edən 86 nəfər var. Bu gün orada hakimiyyətə kim gəlirsə, gəlsin, onun "kollektiv Putin" olma ehtimalı var. Bu say çox azdır. Rusiya müxalifətinə gəldikdə isə, o, sadəcə olaraq, məhv edilib",- deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib.
Daha sonra Aleksey Danilov Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı proqnoz verib. Danilovun sözlərinə görə, bir çox ekspertlərin fikrincə, Putin hökmdar taxtını tərk edəcəyini bilsə, nüvə silahına əl atacaq.
Xatırladaq ki, bir müddət əvvəl Putinin ölümcül xəstə olduğu ilə bağlı fikirlər səsləndirilirdi. Qərbin xüsusi xidmət orqanları Rusiya diktatorunun ağır xəstəliyə - xərçəngə tutulduğunu iddia etməyə başlayıblar.
Ukrayna kəşfiyyatı isə Putinin uğursuz əməliyyatdan sonra komaya düşdüyü və Rusiyaya onun dublyorunun rəhbərlik edə biləcəyi barədə məlumatlar yaymışdı.
Eyni zamanda, rusiyalı bloqçular əmindirlər ki, Rusiya prezidenti Vladimir Putinin ölümcül xəstəliyi ilə bağlı yayılan xəbərlər Kremlin maraqlarına xidmət edir. İndiki Rusiya hakimiyyəti bu şayiələrdən öz xeyrinə istifadə edərək, Rusiya xalqını dövlətin ideoloqu və liderinə qarşı “mifik Qərb sui-qəsdi” ətrafında səfərbər edir.
İlahin, Bizimyol.info