Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında bu gün Rusiyanın sahil şəhəri Soçidə reallaşan görüşdən əvvəl Moskvadan diqqət çəkən bir açıqlama gəlib.
Bizimyol.info xəbər verir ki, beynəlxalq xəbər agentliklərinin “son dəqiqə” ifadəsi ilə verdiyi açıqlamanı Rusiya Müdafiə Nazirliyi verib. Belə ki, Rusiya Müdafiə Nazirliyi hava qüvvələrinin avqustun 4-də Suriyada ABŞ-ın təlim keçmiş qrupunu “məhv etdiyini” açıqlayıb. Açıqlamada hansı qruplaşmanın vurulduğu deyilməsə də, ABŞ bölgədə onurğa sütunu olan terror təşkilatı PKK/PYD/YPG olan Suriya Demokratik Qüvvələrinə açıq şəkildə dəstək verir.
Bildirilir ki, Suriya Demokratik Qüvvələri tərkibində olan terror təşkilatı üzvlərinə görə Ankara-Vaşinqton xəttində gərginlik yaranırdı.
Leyla, Bizimyol.info