Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanı sarsıdan casus qalmaqalı: Kəşfiyyat İdarəsinin rəisi istefa verdi
Yunanıstanı sarsıdan casus qalmaqalı: Kəşfiyyat İdarəsinin rəisi istefa verdi

Yunanıstan Kəşfiyyat Xidmətinin (EYP) rəhbəri Panagiotis Kontoleon müxalifət lideri Nikos Androulakisin onun mobil telefonunda casus proqram aşkar etməsi ilə başlayan qalmaqaldan sonra bu gün istefa verib. Hökumət hadisəyə dövlət müdaxiləsinin olmasını qəti şəkildə təkzib etsə də, Yunanıstanın baş naziri Miçotakisin qardaşı oğlunun məsələ ilə əlaqəsi olduğu iddia edilir.

Bizimyol.info xəbər verir ki, Yunanıstan Kəşfiyyat Xidmətinin (YPİ) rəhbəri Panagiotis Kontoleon ölkəsindəki casusluq qalmaqalından sonra bu gün istefa verib. Baş nazirlikdən verilən açıqlamada kəşfiyyat rəhbəri Kontoleonun istefa ərizəsinin qəbul edildiyi açıqlanıb. Xarici İşlər Nazirliyinin baş katibi Temistoklis Demirisin Kontoleonu əvəzləyəcəyi bildirilir.

Xatırladaq ki, hadisə müxalifət partiyalarından olan Panhellenik Sosialist Hərəkatının (PASOK) lideri Nikos Androulakisin mobil telefonunda casus proqram olduğunu aşkar edərək şikayət ərizəsi yazması ilə başlayıb.

Yunanıstanın üçüncü ən böyük siyasi partiyasının lideri və eyni zamanda Avropa Parlamentinin (AP) üzvü Nikos Androulakis iyulun 26-da Afinada məhkəmə binasını tərk edərkən mətbuata açıqlamasında bildirib: “Bir neçə gün əvvəl Avropa Parlamentindən mənə məlumat verildi. Bildirildi ki, mobil telefonum Predator casus proqramı tərəfindən izlənilir.

Bu, məni şoka salan mövzudur, çünki mən əvvəlki nəsillərin Aİ ölkəsində yaşadığı vəziyyətləri şəxsən yaşayacağımı heç vaxt gözləmirdim. Təəssüf ki, hökumətin ümidsiz cəhdlər etdiyini görürəm.

Biz onlara pul ödəyirik. Mobil telefonumu robotlaşdırmağa və istənilən vaxt kamera və mikrofonu açacaq qədər inkişaf etmiş proqram təminatı ilə məni tələyə salmağa çalışanların müəyyən məqsədi var idi. Mən ədalətdən, hökumətdən və hakimiyyətdən həqiqəti öyrənməyi gözləyirəm”.

Casus proqramlarının qulaq asdığı iddia edilən başqa bir ad isə jurnalist Thanasis Koukakisdir. O, verdiyi açıqlamada, telefonunda “Cytrox Intellexa” adlı Predator tipli casus proqram tapdıqlarını və bunun ikinci dəfə baş verdiyini söyləyib.

Hökumət rəsmiləri vəziyyətə hər hansı dövlət müdaxiləsinin olduğunu qəti şəkildə təkzib etsə də, ölkədə müzakirələr başlayıb. “Reporters United” və “Inside Story” araşdırma saytları Yunanıstanın baş naziri Mitsotakinin qardaşı oğlu Dimitriadisi casusluq qalmaqalı ilə əlaqədə ittiham edib.

Onu da əlavə edək ki, dinləmələrlə əlaqəsi olduğu düşünülən Baş nazirliyin baş katibi də bu gün səhər istefa verib. EYP prezidenti Panagiotis Kontoleonun istefasından dərhal sonra Baş nazirliyin baş katibi, həmçinin baş nazir Kiryakos Mitsotakisin bacısı oğlu Qriqoris Dimitriadis istefa ərizəsini təqdim edib. Baş nazir Mitsotakisin böyük bacısı olan Katerina Mitsotakinin oğlu Qriqoris Dimitriadisin də istefası qəbul edilib və onun yerinə Yiannis Bratakos keçdiyi açıqlanıb.

Hökumət sözçüsü Yannis Oikonomou istefaların telefon dinləmələri ilə bağlı iddialarla əlaqəli olub-olmadığını açıqlamasa da, "hökumətimizin bu cür proqram təminatı istehsal edən və ya təchiz edən heç bir şirkətlə əlaqəsi yoxdur" deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »