ABŞ-ın Vaşinqton şəhərində yerləşən prezident sarayının - Ağ Evin yaxınlığındakı parka ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.
Bizimyol.info xəbər verir ki, Ağ Evin yaxınlığındakı “Lafayette” Parkına ildırım düşüb.
Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və polis qrupları göndərildikdən sonra səlahiyyətli şəxslər ildırım vurması zamanı parkda olan 2 qadın və 2 kişinin, ümumilikdə 4 nəfərin ağır yaralanaraq xəstəxanada müalicə aldığını bildirib.
Hadisədən sonra parkın bir hissəsi bağlanıb, meteorologiya idarəsi bölgə ilə bağlı hava proqnozunda leysan yağışı xəbərdarlığı edib.
Bizimyol.info