Afrika ölkələri Rusiyadan taxıl və gübrə ala bilər. Amma onlar ABŞ sanksiyalarından yan keçməyə və Rusiya neftinin ticarətinə kömək etsələr, bunun əks təsirləri ilə üzləşə bilərlər.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Amerikanın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Uqandanın paytaxtında Qara Qitə ölkələrinə xəbərdarlıq edib.
"Ölkələr Rusiyanın kənd təsərrüfatı məhsullarını, o cümlədən gübrələri və buğdanı ala bilər. Amma əgər hansısa ölkə Rusiya ilə sanksiyaların olduğu yerdə qarşılıqlı əlaqə qurmaq qərarına gəlsə, o, bu sanksiyaları pozacaq. Biz ölkələrə xəbərdarlıq edirik ki, sanksiyaları pozmasınlar, çünki o zaman onlara qarşı tədbirlər görüləcək",- deyə o bildiirb.

Qeyd edilri ki, diplomat Kampalada Uqanda avtoritar hökmdarı Yoveri Museveni ilə görüşüb. Museveni ABŞ-ın müttəfiqidir. Lakin o Rusiyanın Ukraynaya təcavüzünü tənqid etmir və Moskvaya isti münasibət bəsləyir. Museveni 36 ildir ki, hakimiyyətdədir. Uqanda ABŞ rəsmisinin Afrika turunda ilk dayanacağıdır.
Bundan sonra o, Qana və Kabo Verdeyə səfər edəcək.
Bu ölkə Afrikada BMT Baş Assambleyasının fevralda Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləyən qətnaməyə bitərəf qalan və ya səs verməyən 25 ölkədən biridir.
Qitənin bir çox ölkələrinin SSRİ-nin onların anti-müstəmləkəçilik mübarizəsini dəstəklədiyi Soyuq Müharibə dövründən Moskva ilə uzunmüddətli əlaqələri var.
Xatırladaq ki, Tomas-Qrinfildin səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrika səfərindən bir həftə sonra baş tutub.
İlahin, Bizimyol.info