Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nensi Pelosi yenə Çini aşağıladı: "İmkan verməyəcəyik"
Nensi Pelosi yenə Çini aşağıladı: "İmkan verməyəcəyik"

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, ABŞ rəsmilərinin adaya səfərinə mane olmaq üçün Çinin Tayvanı təcrid etməsinə imkan verməyəcək. O, Pekinin bu səfərlə bağlı irəli sürdüyü iddialara cavab verib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Pelosi jurnalistlərə açıqlamasında bildirib.

"Onlar Tayvanı başqa yerləri ziyarət etməkdən və ya fəaliyyətlərdə iştirak etməkdən çəkindirməyə çalışa bilərlər, lakin bizim ora getməyimizə mane olmaqla Tayvanı təcrid edə bilməzlər",- deyə o əlavə edib.

Xatırladaq ki, Tayvana səfəri və prezident Tsay İnq-ven ilə görüşü zamanı Pelosi ABŞ-ın Tayvanın demokratiyasını dəstəkləməyə sadiq olduğunu və üzərinə götürdüyü öhdəliklərdən geri dönməyəcəyini vurğulayıb.

Qeyd eədk ki, Pelosinin Tayvanda bir gündən az qalmasına baxmayaraq, Pekin bir anda bir neçə təhdidedici bəyanatlar verərək adaya yaxın ərazidə hərbi təlimlərə başlayıb.

Avqustun 2-də Pelosi Tayvana gedib. Onun sözlərinə görə, bu səfər ABŞ-ın Tayvan demokratiyasını qoruyub saxlamaq öhdəliyinə bir sübutdur.  Pelosinin səfərinə cavab olaraq isə Çin ABŞ-ı “ağır nəticələr”lə hədələyib.

Belə ki, öncə Çin Xarici İşlər Nazirliyi ABŞ nümayəndəsinin adaya səfəri ilə Çin prinsiplərini “ciddi şəkildə pozduğunu” bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi isə, fərqli yanaşma sərgiləyib və o ABŞ-ın Tayvanın müstəqilliyini tanımaq niyyətində olmadığını bildirib.

Amma bütün bunlarla yanaşı, Çin və Tayvan arasındakı gərginliyə görə Pentaqon özünün təyyarədaşıyan “USS Ronald Reagan”-a “vəziyyəti izləmək üçün” adanın yaxınlığındakı ərazidə qalmağı əmr edib. Səbəb Çinin bölgəyə raket atması olub.

Buna baxmayaraq,  ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin planlaşdırılan sınağını təxirə salıb.

"Çin Tayvan ətrafında sabitliyi pozan hərbi təlimlər keçirərkən Birləşmiş Ştatlar bunun əvəzinə məsuliyyətli nüvə dövlətinin davranışını nümayiş etdirir, səhv hesablama və yanlış qavrayış riskini azaldır",- deyə Con Kirbi bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »