Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanı İran peyki ilə izləməyə hazırlaşır
Rusiya Ukraynanı İran peyki ilə izləməyə hazırlaşır

Rusiya yaxın günlərdə orbitə çıxarmaq niyyətində olduğu İranın “Xəyyam” casus peykindən istifadə edərək Ukraynaya qarşı casusluq etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” məsələ ilə tanış olan Qərb rəsmilərinə istinadən yazır.

“Roskosmos” agentliyi bildirib ki, peyki avqustun 9-da Baykonur kosmodromundan "Soyuz" raketindən istifadə etməklə orbitə çıxarmağı planlaşdırır.

İran peykdən Yaxın Şərqdə casusluq üçün istifadə etməyi planlaşdırır. Rusiya Federasiyası “Xəyyam” üçün Tehrana İran və Fars körfəzindəki mühüm obyektləri fasiləsiz izləməyə imkan verəcək yüksək  seçmə qabiliyyətinə malik kamera ilə təchiz ediləcək “Canopus-V” sisteminin qurulmasına razılıq verib.

Eyni zamanda, iki Qərb rəsmisi jurnalistlərə bildirib ki, Rusiya Federasiyası bir neçə ay Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil şəkildə istifadə edə biləcək.

Xatrıladaq ki, peyk kamerası 1,2 metr seçmə qabiliyyətinə malikdir. Bu, ABŞ-ın yüksək səviyyəli kəşfiyyat peyklərinin və ya kosmosdan görüntülərin özəl provayderlərinin keyfiyyəti kimi olmasa da, seçilmiş yerləri davamlı olaraq izləmək üçün İranın imkanlarını xeyli genişləndirir.

Məsələyə  Rusiyanın Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.

ABŞ prezidenti Co Baydenin administrasiyası İranın peyk yaratmaq səylərini izlədiklərini bildirsə də, bu buraxılış və  Rusiyanın Ukraynadakı müharibə üçün “Xəyyam”dan istifadə etmək planları barədə danışmaqdan imtina edib.

Bir müddət əvvəl qeyd edilridi ki, İran Rusiyaya pilotsuz təyyarələr tədarük etməyi planlaşdırır. Ağ Evin məlumatına görə, Rusiya hecum dronlarını izləmək üçün iki dəfə İrana gediblər.

Dövlət Departamenti Rusiyaya PUA-ların tədarükü halında İrana qarşı sanksiyalar tətbiq edəcəklərini bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »