Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bütün dünyaya təsir edən, insan həyatını və qlobal iqtisadiyyatı sarsıdan pandemiyada ABŞ -ı günahlandırıb.
Bizimyol.info xəbər verir ki, koronavirus pandemiyanın ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini ifadə edən Kirillov “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni virusun ortaya çıxmasında rol oynaya biləcəyi ehtimalını qiymətləndiririk. Agentlik 2009-cu ildən bəri yeni növ virusların tədqiqi ilə məşğul olan “Predict” proqramını maliyyələşdirir”,- deyə bildirib. O, xatırladıb ki, ABŞ-ın “Metabiota” şirkəti də Ukraynada belə tədqiqatlarda iştirak edir.
Kirillov ABŞ rəsmilərinin daha əvvəl də dəfələrlə bu cür araşdırmaları qəbul etdiyini iddia edərək “ABŞ rəhbərliyinin dar məqsədli bioloji araşdırmalarını və bu cür açıqlamaları nəzərə alsaq, bizi pandemiyanın səbəbləri, yaranması və yayılması ilə bağlı ABŞ hərbi bioloqlarının roluna yenidən baxmağa vadar edir”,-deyə bildirib.
Leyla, Bizimyol.info