Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Ərdoğan və Putin görüşəcək: Rusiya da "Bayraktar" istəyir
Bu gün Ərdoğan və Putin görüşəcək: Rusiya da "Bayraktar" istəyir

Bir müddət əvvəl İranın paytaxtı Tehranda görüşən prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin bu gün Soçidə yenidən görüşməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Ərdoğanın fevralın 24-dən Ukraynanı işğal edən Rusiya lideri ilə görüşü beynəlxalq ictimaiyyətdə böyük marağa səbəb olub. Taxıl dəhlizində vasitəçilik etməyə çalışan Türkiyə ilə Rusiya görüşündən əvvəl Fransanın “France Press” xəbər agentliyi diqqətçəkən bir təhlil dərc edib.

Təhlildə "Ukraynada müharibənin bitməsi və Suriyaya qarşı hərbi əməliyyatın təşkilinin bu gün keçiriləcək danışıqlarda hakim olacağı" ifadə edilib. Taxıl dəhlizində vasitəçi olan Ərdoğanın bu uğurdan istifadə edəcəyinin gözlənildiyi vurğulanaraq “ancaq bu mövzuda gərginlik var. Ötən ay Tehranda Putin Ərdoğana deyib ki, Rusiya Suriyanın şimalında hərbi əməliyyata qarşıdır”,- deyə qeyd edilib.

Suriyada hər iki ölkənin qarşı tərəfdə olduğu, Putinin Suriya lideri Bəşər Əsədi, Türkiyənin isə müxalifəti dəstəklədiyini diqqətə çatdıran məqalədə Rusiyanın Türkiyədən "Bayraktar" pilotsuz uçan aparatlar istədiyi də iddia edilir.

Xatırladaq ki, ötən ay Tehranda keçirilən görüşə damğa vuran hadisə isə Türkiyə prezidenti Ərdoğanın Putini kameralarla dolu otaqda təxminən 1 dəqiqə gözlətməsi olub. 2020-ci ildə isə Rusiyaya səfəri zamanı Ərdoğan və nümayəndə heyəti dəqiqələrlə Putini gözləməli olub. Putini gözləyən Türkiyə nümayəndə heyətinin görüntüləri Rusiya dövlət televiziyasında yayımlanıb.

Qeyd edək ki, Rusiya mətbuatında da yazılıb ki, Putin Rusiyada Türkiyə dronlarını istehsal etmək üçün birgə zavodun inşasını təklif edib, amma Ərdoğan bu təklifə isti yanaşmayıb. Az əvvəl isə "Baykar" şirkətinin sahibi Haluk Bayrakltar bildirmişdi ki, onlar Rusiyaya dron satmayacaqlar.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »