Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edilib. Hadisə avqustun 4-də baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hücum edənlər bir qrup radikal dini dəstə olub.
Onlar səfirliyin binasına daxil olaraq, binanın eyvanında dini bayraqlar qaldırıblar, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
Azərbaycan səfirliyinə hücum edənlərin saxlanıldığı bildirilir.
“Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək”,- Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bizimyol.info