Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan Asiyanın "Ukrayna"sına çevrilib: Çin Asiyanın "Rusiya"sı olacaqmı?
Tayvan Asiyanın "Ukrayna"sına çevrilib: Çin Asiyanın "Rusiya"sı olacaqmı?

ABŞ Demokratik Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çinin sərt xəbərdarlıqlarına baxmayaraq, Asiya turu çərçivəsində Tayvana səfər edib. Respublikaçı Co Baydenin prezident kimi oturduğu ABŞ-da Pelosi rəqib respublikaçılara böyük zərbə vurmaqla yanaşı, Tayvanla həmrəy olmaqla, Çinin həssas məsələsində böhran yaradıb.

Səfər zamanı Pelosiyə Tayvan administrasiyası tərəfindən fəxri medal təqdim olunub. Medal mərasimindəki çıxışında Tayvan lideri Tsai İnq-ven, Tayvanın Çinin artan hərbi təhdidlərinə boyun əyməyəcəyini vurğulayaraq, “Ölkəmizin suverenliyini qətiyyətlə qoruyacağıq və eyni zamanda demokratiya naminə bu xətti müdafiə etməyə davam edəcəyik” – deyə, bildirib.

Pelosi isə qarşılığında deyib: "Birləşmiş Ştatların Tayvanla həmrəyliyi həyati əhəmiyyət kəsb edir. Tayvanda və dünyanın qalan hissəsində demokratiyanı qorumaq əzmimiz dəyişməyib. Səfərimiz ABŞ-ın Tayvana verdiyi dəstək vədindən əl çəkmədiyini açıq şəkildə nümayiş etdirdi. "

Qeyd edək ki, həm Pelosi, həm də Tayvan lideri “demokratiya”ya önəm verirlər. Çünki ABŞ, deyəsən, Çinlə bu gərginliyi “demokratiya uğrunda mübarizə” adlandırıb.

Çinin reaksiyaları qarşısında bu səfərin baş tutub-tutmayacağı günlərlə müzakirə olundu. Bununla belə, səfər baş tutdu.

ABŞ administrasiyasının açıq-aşkar dəstəkləmədiyi səfər ABŞ Nümayəndələr Palatasının o zamankı sədri Nyut Qinqriçin 1997-ci ildə Tayvana səfərindən sonra Tayvana ilk yüksək səviyyəli səfər idi. Neysi Pelosi və onun 5 nəfərlik ABŞ Konqresindəki nümayəndə heyəti dünən günorta saatlarında Tayvanı tərk edərək Cənubi Koreyaya gedib.

Çin hazırda muxtar administrasiya tərəfindən idarə olunan Tayvanı gələcəkdə ölkənin bir hissəsi olacaq bir əyalət olaraq görür və buna uyğun siyasət yürüdür. Pelosiyə səfəri zamanı fəxri medal təqdim etmələrindən də göründüyü kimi, Tayvan rəhbərləri Çinə qoşulmaq istəmirlər.

Gərginliyi artıran səfərdən sonra Çin Tayvan ətrafında həqiqi güllələrdən istifadə etməklə üç günlük təlimə başladığını və bütün mülki gəmi və təyyarələrin təlim bölgələrinə girişinin qadağan edildiyini açıqlayıb. O, həmçinin Tayvandan bəzi məhsulların idxalına məhdudiyyətlər qoyub.

Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pelosinin gərginliyi artıran və uzun müddət təsir edəcək Tayvana səfərinin qısa xülasəsidir. Bununla bağlı əsas diqqət yetirilməli məsələ dünyada bu qədər problem olduğu halda bu səfərin niyə edildiyi sualıdır.

Ukrayna müharibəsi və Suriya böhranı başda olmaqla bir çox gərgin bölgələrdə ön planda başqaları olsa da, Avropa İttifaqının da olduğu ABŞ-ın rəhbərlik etdiyi cəbhə ilə Rusiyanın başçılıq etdiyi və Çinin də olduğu cəbhə arasında toqquşma var.

Ola bilsin, ABŞ-ın Pelosinin səfəri ilə Çini Tayvanla məşğul etmək üçün atdığı addım Ukraynada müharibənin çox uzun sürəcəyinə işarədir. Digər tərəfdən, Çinin diqqətini yayındırmaq üçün atılan addımlar Tayvanla məhdudlaşmaya bilər.

Bu addımların irəli sürdüyü plan Çini öz bölgəsindəki problemlərlə diqqətdən yayındırmaq, Rusiyaya qeyri-məhdud dəstək verməsinin qarşısını almaq və beləliklə, Ukrayna müharibəsi ilə Rusiyanın gücünü daha da sarsıtmaq ola bilər.

Belə görünür ki, onların qərbli dostları Ukraynanı Avropaya yem şəklində atdıqları kimi, Uzaq Şərqdə də Tayvanı Çinin qarşısında yem edəcəklər.

Bu planları quranlar nəticədən asılı olmayaraq qazanacaqlarını düşünə bilərlər. Çünki onsuz da Tayvan Çinə məxsus olacaqsa, Ukraynada Rusiyaya etməyi planlaşdırdıqları kimi, dağıdılmış Tayvanı Çinin qucağına buraxmaq Qərb dövlətləri üçün daha uyğun variant ola bilər.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »