Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berluskoni köhnə dostu Putin haqqında: "Soyuq müharibəyə son qoymuşuq"
Berluskoni köhnə dostu Putin haqqında: "Soyuq müharibəyə son qoymuşuq"

İtaliyanın keçmiş baş naziri, “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni Ukraynada baş verən hadisələrdən məyus olduğunu və kədərləndiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o bu barədə “Rtl 102.5” radiosunda danışıb.

Siyasətçi etiraf edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətləri tamamilə fərqli beynəlxalq kontekstdədir.

“Bütün bunlarla yanaşı, onlar 50 illik soyuq müharibəyə son qoyan Pratica di Mare sazişinin imzalanmasına səbəb olublar”,- deyə Berluskoni bildirib.

Xatırladaq ki, NATO-Rusiya Şurası Müqaviləsi kimi də tanınan Pratica di Mare Sazişi 2002-ci ilin mayında Roma iclasında bağlanıb.

Sazişə görə,  onlar Moskva ilə alyans arasında dialoq platforması yaratmaqla soyuq müharibəyə son qoyublar.

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 3-də məlum olub ki, İtaliya hüquq-mühafizə orqanları Rusiya vətəndaşlığı olan memar və iş adamı Lanfranko Çirillonun əmlakına həbs qoyub. Qeyd olunur ki, 63 yaşlı sahibkarın helikopter, bank hesabları, məşhur müəlliflərin sənət əsərləri, dəbdəbəli əşyalar və zinət əşyaları da daxil olmaqla 141 milyon avro dəyərində varidatı həbs edilib.

Əvvəllər Rusiyada yaşayan Çirillo vergi cinayətləri törətməkdə şübhəli bilinir. İstintaq fəaliyyəti zamanı  bəyan edilmiş verginin gəlirlərlə qeyri-mütənasib olduğunu ortaya qoyub.

İtalyan 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya vətəndaşlığını alıb. 2016-cı ildə Lanfranko Çirillonun layihəsi Moskvada yeni parlament mərkəzinin memarlıq konsepsiyası üzrə müsabiqənin final mərhələsinə çıxıb.

Putinin qalmaqallı sarayının memarı da Çirillodur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »