Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin sarayının memarı cinayətkar çıxdı, əmlaklarına həbs qoyuldu
Putinin sarayının memarı cinayətkar çıxdı, əmlaklarına həbs qoyuldu

“Bahalı və dəbdəbəli” vizit kartıyla hərəkət edən, Rusiyada hökumətdə yüksək vəzifələrdə təmsil olunanlar, o cümlədən prezident Vladimir Putin üçün villalar, saraylar inşa edən memar Lanfranko Çirillonun başı dərddədir.

Bizimyol.info xəbər verir ki, Putinin memarı İtaliyada məsuliyyətə cəlb olunub. Onun 141 milyon avroluq əmlakının üzərinə həbs qoyulub. Səbəb isə Lanfranko Çirillonun vergidən yayınmasıdır.

Bu barədə “Meduza”nın yaydığı məlumatda bildirilir ki, Putinin memarının əməlləri ilə bağlı araşdırmaları İtaliyanın maliyyə qvardiyası aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, 2013-2019-cu illərdə gəlirlərini bəyan etməyərək on milyonlarla avro vergidən yayınıb. Onun hazırda istintaq altında olduğu bildirilir.

Memarın daşınmaz əmlakları üzərinə həbs qoyulmaqla yanaşı, həm də bank hesabları dondurulub. Eyni zamanda, axtarış zamanı tapılan nağd pullar, bahalı zinət əşyaları, müasir incəsənət nümanəsi olan əsərlər və helikopterinin də müsadirəsi nəzərdə tutulub. Bu səbəbdən onların da üzərinə həbs qoyulub.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinə məxsus olduğu deyilən saray

Lanfranko Çirillonun Moskvada xüsusi studiyası da var. O, müsahibələrinin birində demişdi ki, Moskvada ilk müqaviləsini 1993-cü ildə bağlayıb. 1997-ci ildə özünə kiçik studiya açıb. Sonradan studiyanı böyüdüb. Lahihə hazırlayanların, işçilərin sayı təxminən 150 nəfər olub.

Adıçəkilən memar Moskvadan əvvəl Küveytdə fəaliyyət göstərib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »