Rusiyanın işğalı altında olan Krımda sürücülər avtomobillərdən “Z” və “V” hərflərini yığışdırmağa başlayıblar. Lakin işğalçı hakimiyyət onları ictimai nəqliyyatın üzərinə bu faşist simvollarını yapışdırmağa məcbur edir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə fəalları 2022-ci ilin aprelində yarımadada Z-faşizm tərəfdarları ilə mübarizəyə yönəlmiş məlumat kampaniyasına başlayan Krım Tatar Resurs Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, Kerç, Simferopol, Sevastopol, Evpatoriya və digər şəhərlərdə belə stikerli avtomobillərin sayı xeyli azalıb. Rusiya hakimiyyəti ictimai nəqliyyatı faşist simvolları vurmağa məcbur edir.
Təşkilat xatırladıb ki, bu simvollar Ukraynada, eləcə də dünyanın bir sıra digər ölkələrində, Almaniya, Latviya, Çexiya, Moldova, Litvada qadağan edilib. Qazaxıstan və Qırğızıstan isə ictimai yerlərdə nəqliyyat vasitələrinin üzərində “Z” işarəsinin göstərilməsini açıq şəkildə qadağan edib. Bu işarələri qadağan edən ölkələrin siyahısı sürətlə artır. Almaniyada neonasist rejiminin təbliğatına görə üç ilə qədər həbs cəzası nəzərdə tutulur.
Xatırladaq ki, "Z" və "V" Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzünün simvoludur. Bu əlamətlər altında Rusiya Federasiyasının hərbçiləri insanlığa qarşı çoxsaylı cinayətlər törədiblər. Ukrayna xalqının soyqırımı, dinc əhalinin qətliamları, qadınlara qarşı zorakılıq, qətllər, uşaqların oğurlanması və digər hərbi cinayətlər baş verib.
Krımda da faşist simvolları olan avtomobillərin sayı azalıb. Xatırladaq ki, təkcə Ukraynada deyil, dünyanın bir sıra başqa ölkələrində də qadağan olunmuş “Z” simvoluna görə bir sıra hücumlar baş verib.
İlahin, Bizimyol.info