Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hamıdan "küsüb": Yaponiya naziri ilə görüşü ləğv etdi
Çin hamıdan "küsüb": Yaponiya naziri ilə görüşü ləğv etdi

Çin xarici işlər naziri yaponiyalı həmkarı ilə Pnompendə keçirilməsi planlaşdırılan görüşünü G7 ölkələrinin  Tayvan ətrafındakı vəziyyətlə bağlı bəyanatından sonra ləğv edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq danışıb.

Xatırladaq ki, bir müddət əvvəl, G7 ölkələrinin diplomatik departamentlərinin nazirləri Çinin hərəkətlərindən, xüsusən də hərbi təlimlərdən narahat olduqlarını bildiriblər.

"Çin artıq Çin və Yaponiya xarici işlər nazirlərinin Pnompendə görüşünü təşkil etmir. Çünki Yaponiya G7 ölkələri və Avropa İttifaqı (Aİ) ilə birlikdə Çini əsassız olaraq günahlandıran və qaranı ağ kimi qəbul edən birgə bəyanat yayıb",- deyə o bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri haqqında  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də fikir bildiirb.

“Belə səfərlər əvvəlcədən planlaşdırılır. Bütün iştirakçılar üçün ssenarilər yazılır. Rollar paylanır”,- deyə Medvedev qeyd edib. Medvedev insanları aldanmamağa çağırıb və bildirir ki, hətta onlar müxtəlif yanaşmalar müşahidə etəslər də, bu Amerikanın tamamilə razılaşdırılmış oyunudur.

Yeri gəlmişkən, qeyd edək ki, Çin silahlı qüvvələri Tayvan ətrafındakı altı zonada canlı atəşli hərbi təlimlərin aktiv mərhələsinə başlayıb. Məlumata görə,  bu gün günorta saat 12:00-dan bu ayın 7-si günorta saat 12:00-a qədər Xalq Azadlıq Ordusu mühüm hərbi təlimlər keçirir və canlı atəşlər təşkil edir. Bu, faktiki döyüş təlimləri zamanı adanın ətrafında altı əsas ərazi də daxil olmaqla müvafiq dəniz və hava ərazilərinə daxil olmamalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »