Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Özümü Putindən uzaqlaşdırmağın kiməsə faydası var?"
"Özümü Putindən uzaqlaşdırmağın kiməsə faydası var?"

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə saysız-hesabsız hərbi və mülki əhalinin itkisinə səbəb olub, dünyanı böyük ərzaq və enerji böhranı ilə üz-üzə qoyub. Enerji böhranından ən çox zərər çəkən ölkə isə Almaniya olub. Ölkə qarşıdan gələn qış aylarını necə keçirəcəyini hesablayarkən, keçmiş kansler Gerhard Şröderin Vladimir Putinlə görüşü gərginliyə səbəb damla olub...

Bizimyol.info xəbər verir ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya istirahətə gedib və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşüb. Onun bu səfəri və görüşü tənqid atəşinə tutulub.

Məlumat üçün qeyd edək ki, reaksiyaya səbəb olan bu görüşlə bağlı Kremldən açıqlama gəlib. Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Şröderin Moskvada olduğunu və səfəri zamanı Putinlə görüşdüyünü bildirib.

Məsələ ilə bağlı Almaniya mətbuatına uzun-uzadı müsahibə verən Şröder isə bildirib ki, Rusiya paytaxtına səfəri və Putinlə dostluğuna görə üzr istəyəcək bir şey yoxdur. Putindən niyə uzaqlaşmaq istəmədiyini soruşduqda Şröder belə cavab verib: “Mən soruşuram ki, şəxsən özümü Vladimir Putindən uzaqlaşdırmağın kiməsə faydası var? Mənim fikrimcə, faydası yoxdur. Bəs niyə üzr istəməliyəm?”

Qeyd edək ki, Şröder Rusiyanın dövlət qaz şirkəti “Qazprom”la biznes əlaqələrinə görə sərt tənqidlərə məruz qalıb. Keçmiş kansler Baltik dənizində qazın Avropaya nəqli üçün iki boru kəmərinin çəkilməsinin aparıcı qüvvələrindən biri olub, Ukraynanın işğalından sonra onlardan biri iflasa uğrayıb.

Digər xətt olan “Şimal axını 1” hazırda gözlənilən qaz səviyyəsinin yalnız 20 faizini təmin edir.

Şröder 1963-cü ildən üzvü olduğu Sosial Demokratlar tərəfindən Kremllə əlaqələri və Putindən uzaqlaşmaq istəmədiyi üçün təhqiqat qarşısındadır və partiyadan qovulmağı düşünülür.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »