Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin danışıqlar təklifinə Ukraynadan cavab gəldi
Putinin danışıqlar təklifinə Ukraynadan cavab gəldi

Dünyanın gözü-qulağı aylardır ki, Ukraynadan gələn xəbərlərdədir. İki ordu arasında qanlı toqquşmalar davam edirkən Ukraynadan Moskvaya yeni mesaj gəlib. Ukrayna prezidenti Zelenskinin müşaviri Podolyak Kiyevin yeganə şərtini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-ü səhər saatlarında başlayan müharibə bütün sürəti ilə davam edir. Rusiya qüvvələrinin “Donbasdakı son qala” kimi tanınan Lisiçanskı nəzarətə götürməsindən sonra Donetskdə müharibə daha da şiddətlənib. Ukrayna qüvvələri müqaviməti davam etdirirkən ABŞ-ın silah göndərişinin təsiri ilə Xersonda əks-hücumlarını gücləndiriblər.

Gerhard Şröder və Vladimir Putin Gerhard Şröder və Vladimir Putin

Türkiyə də daxil olmaqla bir çox ölkələr aylardır davam edən müharibəni bitirmək üçün diplomatik cəhdlərini davam etdirir. Bu arada Ukrayna cəbhəsindən çox dəqiq cavab gəlib.

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Putinin "danışıqlar yolu ilə həll" istədiyi barədə iddialarından sonra Ukrayna prezidenti Zelenskinin müşaviri Podolyak Kiyevin dialoq üçün yeganə şərtini açıqlayıb. Ukraynanın baş müzakirəçisi olan Podolyak Rusiyanın dialoq üçün qoşunlarını Ukraynadan çıxarmalı olduğunu vurğulayıb.

“Moskva dialoq istəyirsə, bu, onların ixtiyarındadır”,- Podolyak Tvitter hesabındakı açıqlamasında deyib.

Mixaylo Podolyak Mixail Podolyak

Onu da qeyd edək ki, sülh razılaşmasının əldə olunması üçün Moskvanın üç şərti var. Ötən həftələrdə dünya ictimaiyyətinə bu üç şərti açıqlayan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Ukrayna sülh razılaşmasına nail olmaq üçün “neytral” və “qeyri-nüvə” statusunda olmalıdır.

Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb. Rusiyanın “İnterfaks” agentliyinin xəbərinə görə, Rusiyanın digər tələbi Rusiyanın Krım üzərində suverenliyinin və Donetsk, Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

Məqalədə Rudenkonun aşağıdakı ifadəsi yer alırdı: “Saziş Ukraynanın neytral və nüvəsiz statusunu təsdiq etməli və mövcud ərazi reallıqlarını, o cümlədən Krımın, Donetsk və Luqanks Xalq Respublikalarının statusunu qəbul etməlidir”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov "Xüsusi əməliyyat" olaraq xarakterizə etdiyi müharibədə Rusiyanın yeganə hədəfinin Ukraynanın şərqi olmayacağını da açıqlayıb.

Dövlət mediasında çıxış edən rusiyalı nazir deyib: “İndi coğrafi hədəflər fərqlidir. Hədəflər artıq təkcə DNR və LNR ilə deyil, həm də Xerson bölgəsi, Zaporojye bölgəsi və bir sıra digər bölgələrlə bağlıdır".

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »