Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib
ABŞ Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

ABŞ Konqresinin Senatı Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, 95 senator lehinə, biri əleyhinə səs verib, respublikaçı Coş Hauli və respublikaçı Rend Pol da bitərəf qalıb.

Beləliklə, Senat ABŞ prezidenti Co Bayden tərəfindən tamamlanmalı olan qoşulma protokolunun ratifikasiya prosedurunun həyata keçirilməsinə razılıq verib. Qeyd edək ki, o, Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayacaq və alyansın qərargahına göndərəcək.

Xatırladaq ki, bir neçə gün öncə, “Amerika üçün narahat olan veteranlar” ABŞ Senatını NATO-nun genişlənməsinin əleyhinə səs verməyə çağırıb. Təşkilatın baş məsləhətçisi Den Kolduel qeyd edir ki, Skandinaviya ölkələrinin NATO-ya qoşulması ABŞ-a milyardlarla dollara başa gələcək. Bu isə, Amerikanın özünə mənfi təsir göstərəcək, həmçinin nüvə silahına malik Rusiya ilə münasibətləri çətinləşdirəcək.

Xatırladaq ki, iyul ayında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müqavilə imzalayıblar. Bundan sonra 30 üzv ölkə tərəfindən protokolların ratifikasiyası proseduruna başlanılıb. Bəzi ölkələr artıq onları ratifikasiya ediblər. Türkiyə Finlandiya və İsveçin alyansa qoşulmasına qarşıdır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə deyir ki, Finlandiya və İsveç ilə münasibətlər NATO-ya üzv olmaq qərarından sonra yenidən nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansının hərbi infrastrukturunun bu ölkələrin hesabına genişləndirilməsinə simmetrik cavab verəcək.

"Bu ölkələrin NATO-ya daxil olmasına münasibətimizə gəlincə, ölkə prezidentinin dediyi kimi, bu reaksiya simmetrik olacaq",- deyə Medvedev Rusiyanın şimal-qərb istiqamətində təhlükəsizliyinin təmin edilməsinə dair görüşdən sonra deyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »