Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan bunu edə bilsə, seçkilərə daha güclü gedə bilər"
"Ərdoğan bunu edə bilsə, seçkilərə daha güclü gedə bilər"

İsrailin köklü mətbuat orqanlarından biri olan “Jerusalem Post” son vaxtlar Suriyada hərbi əməliyyata hazırlaşan Türkiyə və prezident Ərdoğanla bağlı geniş təhlil hazırlayıb.

Bizimyol.info xəbər verir ki, Ankaranın yeni hərbi əməliyyata hazırlaşdığını yazan britaniyalı jurnalist Nevil Teller “Ərdoğanın yeni Suriya əməliyyatı və onun nəticələri” başlıqlı məqalə yazıb. Həmin məqalədə ,“İran və Rusiya Ərdoğanın Trampla bağladığı razılaşmadan qane deyil. 2016-cı ildə hər iki ölkə belə bir əməliyyata qarşı xəbərdarlıq etmişdi",- deyə bildirilib.

Ərdoğanın iyulun 19-da Tehranda Rusiya və İran liderləri ilə görüşdüyünü və Suriyada mümkün əməliyyatı gündəmə gətirdiyini söyləyən Teller “Ərdoğan həmin görüşlərdə yeni planına dəstək ala bilmədi” şərhini verib.

İsrail mətbuatında dərc olunan təhlildə “Ərdoğanın cənub sərhədindəki macəralarında hər zaman gizli bir motiv var. Plan suriyalı qaçqınların yaradılacaq təhlükəsiz bölgələrə göndərilməsidir. Amma qaçqınlar münaqişələrin intensiv olduğu bölgəyə getmək istəmirlər. Ərdoğan planını həyata keçirsə, 2023-cü ildə keçiriləcək seçkilərə daha güclü şəkildə gedə bilər”,- deyə qeyd edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »