Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan-Çin gərginliyi durmadan artır: Ordular üz-üzə dayanıb
Tayvan-Çin gərginliyi durmadan artır: Ordular üz-üzə dayanıb

ABŞ siyasətçisi Nensi Pelosinin səfərindən sonra gərginliyin artdığı Tayvan-Çin xəttində təkcə diqqətəlayiq deyil, həm də həyəcanverici bir inkişaf var.

Bizimyol.info xəbər verir ki, Çin "Tayvan ətrafındakı dənizlərdə indiyə qədər keçirilən ən böyük hərbi təlimə" başlayıb. Beynəlxalq xəbər agentliklərinin “son dəqiqə” ifadəsi ilə təqdim etdiyi təlimlə bağlı məlumatlar gəlməyə başlayıb.

Qeyd olunub ki, təlim yerli vaxtla saat 12:00 radələrində başlayıb və təlimdə əsl silahlardan istifadə edilib. Tayvana 12 mil yaxınlaşan Çin ordusunun uzaqmənzilli silahlarını da sınaqdan keçirəcəyi bildirilib.

Həmçinin, təlimin keçirildiyi ərazinin aktiv şəkildə istifadə edildiyi ifadə edilərkən, Tayvan rəsmiləri də Çin döyüş təyyarələrinin Tayvan üzərində uçduğunu açıqlayıb.

Çin dövlət televiziyası təlimin bazar gününə qədər davam edəcəyini açıqlayıb.

Digər tərəfdən, Çinin manevr hərəkətindən sonra Tayvandan diqqət çəkən bir açıqlama gəlib: “Tayvan Çin hava qüvvələrinin sərhəddən hərəkətini izləmək üçün raket sistemi yerləşdirib. Tayvan donanmasının gəmiləri sərhədə yaxın bir nöqtədə Çinin dəniz fəaliyyətini izləyir".

Səlahiyyətlilər bölgədə 10-a yaxın Çin gəmisinin olduğunu bildirərkən, bəzi Çin döyüş təyyarələrinin də bu səhər sərhədi pozduqları açıqlanıb.

Xatırladaq ki, Çin və Tayvan arasında gərginlik ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə daha da artıb.

İki ölkə arasında gərginliyin başlanğıcı 1940-cı illərə gedib çıxır. Çip istehsalı başda olmaqla bir çox sahədə inkişaf etmiş Tayvanı Çinə qatmaq istəyən Xi Jinpinin addımları gərginliyi daha da artırdı. Tayvanın lideri Tsai İnq-ven oranın müstəqil ölkə olduğunu desə də, Pekin administrasiyası seçilmiş Tayvan hökumətini separatçı hesab edir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »