Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kremlin məqsədi ABŞ-ı Ukraynaya yardım etməkdən çəkindirməkdir"
"Kremlin məqsədi ABŞ-ı Ukraynaya yardım etməkdən çəkindirməkdir"

Kreml Qərbin Ukraynaya kömək etməsinin qarşısını almaq üçün Zaporojye AES-də böyük nüvə qəzasının baş vermə ehtimalından danışaraq fikirləri yayındırmağa çalışır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) yazıb. ISW ekspertləri hesab edirlər ki, Kremlin məqsədi ABŞ-ı Ukraynaya yardım etməkdən çəkindirməkdir. Bunun üçün onlar "Enerqodar"da müvəqqəti işğal olunmuş Zaporojye atom elektrik stansiyasını atəşə tutmaq üçün Ukrayna Silahlı Qüvvələrini təhrik edir və hətta bu baş verməsə, özləri AES-i atəşə tutmağı planlaşdırırlar.

İnstitut yüksək rütbəli Yevgeni Balitskin bəyanatına istinadla qeyd eidr ki, o MAQATE nümayəndə heyətini Zaporojye AES-ə “bu gün Rusiya hərbçiləri tərəfindən necə qorunduğunu və Qərbdən silah alan Ukraynanın bu silahlardan necə istifadə etdiyini” göstərmək üçün dəvət edib.

Eyni zamanda, ISW yazır ki, Atom Elektrik Stansiyasının ətrafında yerləşdirilən Rusiya qüvvələri son həftələrdə Ukraynanın Nikopol və digər yerlərdə mövqelərini atəşə tutub.

Bu isə Ukraynanı seçim qarşısında qoyur. Ukrayna ya atəşə cavab verməli, ya beynəlxalq qınaq və nüvə insidentini riskə atmalı, ya da Rusiya ordusunun atəşlərinə cavab verməməli, onları cəzasız buraxmalıdır.

ISW-nin məlumatına görə, Rusiyanın özü də sanki Ukrayna Silahlı Qüvvələri edirmiş təəssüratı yaratmaq üçün müvəqqəti işğal etdikləri əraziləri atəşə tuturlar. İnstitut xatırladır ki, iyulun sonunda işğalçılar atom elektrik stansiyasının ərazisinə ağır hərbi texnika gətiriblər.

Xatırladaq ki, avqustun 2-də ABŞ dövlət katibi Entoni Blinken BMT-də Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə konfransda çıxışı zamanı Rusiyanın Zaporojye atom elektrik stansiyasından “insan qalxanı” kimi istifadə etdiyini bildirib.

Avqustun 3-də isə MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye AES-də bütün nüvə təhlükəsizliyi tədbirləri pozulub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »