Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə yaxın oliqarxların cinayətləri üzə çıxıb: Sanksiyadan yayınıblar
Putinə yaxın oliqarxların cinayətləri üzə çıxıb: Sanksiyadan yayınıblar

Vladimir Putinin yaxın çevrəsindən sanksiyaya məruz qalan Rusiya oliqarxları bu sanksiyalardan yan keçə bilməyin yolunu tapıblar.

Bizimyol.info BBC-yə istinadla xəbər verir ki, Rusiya diktatorunun cüdo üzrə tərəfdaşları Arkadi və Boris Rotenberq benefisiarları açıqlamağa məcbur etməyən mülkiyyət formasından istifadə ediblər.

Qeyd edək ki, 2016-2017-ci illərdə Britaniya hökuməti bütün Britaniya şirkətlərinə onların həqiqi sahiblərini müəyyən etməyi məcbur edib. Amma nədənsə,  "İngilis komandit ortaqlığı" (ELP) kimi mülkiyyət forması istisna hesab edilib. Həmin vaxtdan bu günə qədər 4500-dən çox belə "məhdud ortaqlıq" yaradılıb.

Belə ki, əksər şirkətlərdən fərqli olaraq, ELP-nin ayrıca hüquqi şəxsi yoxdur. Böyük Britaniya hökuməti deyir ki, ELP-lər aktivlərə sahib ola bilməz, benefisiar sahibi ola bilməz və qanuni olaraq təkbaşına bank hesabları aça bilməzlər. Amma istintaq bunun əksini göstərir.

ELP-nin məxfiliyindən istifadə edənlər arasında Rotenberqlər də var idi.

2017-ci ilin yanvarında Londonda "Sinara Company LP" təsis edilib və sənədlərə görə, o, səyahət xidmətlərinin göstərilməsi və bilet satışı ilə məşğul olub.

İstintaq müəyyən edib ki, 2017-ci ilin iyulundan 2018-ci ilin iyununa qədər şirkət Rotenberqlər üçün sövdələşmələr təşkil edən sənəd məsləhətçisinə ümumi məbləği 133 min dollar olan ən azı 14 bank köçürməsi edib.

2017-ci ildən bəri yaradılmış bütün “məhdud tərəfdaşlıqların” təxminən 25 faizi Şərqi Avropa və keçmiş SSRİ-də müştərilər üçün anonim şirkətlər yaratmaqda böyük təcrübəyə malik dörd ixtisaslaşmış agentlik tərəfindən təsis edilib. Bu şirkətlərdən bəziləri maliyyə cinayətləri, xüsusən də çirkli pulların yuyulması ilə əlaqələndirilib.

Arkadi Rotenberq 2014-cü ildən Britaniya sanksiyaları altındadır. Qardaşı Boris Rotenberq 2022-ci ilin əvvəlində sanksiyalara məruz qalıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »