Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə və Azərbaycan koordinasiya edilmiş şəkildə siyasət yürütməlidir"
"Türkiyə və Azərbaycan koordinasiya edilmiş şəkildə siyasət yürütməlidir"

“Ermənistan dövləti, Ermənistanın qardaşları, hamiləri, diaspor, ABŞ, Fransa Rusiyada müəyyən bir güc qrupu 10 noyabr sazişi- Ermənistanın təslim olma razışlaşması ilə barışmaq istəmir. Yeni statusu qəbul etmək istəmirlər. Yəni buradakı münaqişə, buradakı anlaşılmazlıq, 28 il davam edən narahatlığın davam etməsini istədikləri üçün Ermənistanı bir oyuncaq kimi oynadırlar. Sabitliyin yaranmasını istəməyən qüvvələrin başında İran da dayanır”.

Bu barədə Иizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz danışıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi, Ermənistan xalqı, Azərbaycanla, Türkiyə ilə barışmaq, artıq bu problemlə mübarizə aparmamaq, başqalarının keşiyini çəkməmək üçün apardıqları mübarizədən vaz keçdikləri halda, bu vəkillik edən ünsürlər, kəşfiyyat aktyorları Azərbaycan orudusuna qarşı terror fəaliyyətlərinə davam edirlər.

Yücel Karauz Yücel Karauz

Rusiya "sülhməramlıları" da iyun ayına qədər bu terror qruplarını bölgədən çıxartmalı olduğu halda, vəzifələrini yerinə yetirmədilər. Yücel Karauzun sözlərinə görə, bir qədər əvvəl adı çəkilən qüvvələr buradakı toqquşmanın, narahatlığın davam etməsi üçün fəaliyyət göstərirlər. O, vurğulayıb ki, hazırda Ermənistan əsgəri tərəfindən Azərbaycan ordusuna qarşı atılan hər mərmiyə min qat qarşılıq verilməlidir. Yəni o şəhidlərin qanı yerdə qalmamalıdır.

“Azərbaycan və Türkiyə, Türkiyənin təyin etdiyi xüsusi nümayəndələr də daxil olmaqla dialoqu Ermənistanın razılaşmaya uyğunlaşmadığı halda kəsəcəyini beynəlxalq ictimaiyyətə çatdırmalıdırlar. Bişkek anlaşmasından sonra 27 il davam edən atəşkəsin sülhə çevrilmədiyini artıq bilməlidirlər.

“Türkiyə və Azərbaycan birgə, bərabər fikirləşərək, koordinasiya edilmiş bir şəkildə daha da tənhalaşdırma siyasəti yürütməlidir. Sazişə uymadığı təqdirdə isə az əvvəl də dediyim kimi Azərbaycanın öz milli imkanları ilə bu terrorçu qrupların torpaqlardan çıxaracağını hiss etdirməlidirlər. Azərbaycan ordusuna qarşı genişmiqyaslı terror fəaliyyətlərinə qarşı Azərbaycan dövləti tərəfindən də genişmiqyaslı əməliyyatlar aparılmalıdır”,- deyə Karauz vurğulayıb.

O, qeyd edib ki, eyni zamanda yalnız əsgərimizin şəhid olması deyil, o bölgəyə köçürülən Azərbaycan vətəndaşları da tcaüvzə məruz qalır. Bu təkrar olarsa, lazım olan tədbirlər görülməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »