Çində uşaq bağçasına bıçaqla silahlanmış şəxs hücum edib. Hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Dövlət mediası şübhəlinin fotolarını paylaşıb və onun tapılması üçün genişmiqyaslı əməliyyat başlayıb.
Bizimyol.info xəbər verir ki, hücum Çinin cənub-şərqində yerləşən Ciansi əyalətində baş verib. Polis mənbələrindən verilən açıqlamaya görə, hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Qurbanların yaşları açıqlanmayıb.
Sosial mediada verilən açıqlamada hücum edən şəxsin yerli vaxtla saat 10-da özəl uşaq bağçasına hücum etdiyi bildirilib. 48 yaşında olduğu deyilən şübhəlinin qaçdığı və polisin onu hər yerdə axtardığı bildirilir. Şübhəli olduğu düşünülən şəxsin təhlükəsizlik kamerası görüntüləri yerli mətbuatla paylaşılıb.
Bizimyol.info