Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə davam edən Çin-Tayvan gərginliyi daha da artıb .
Bizimyol.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində uzun müddət “işğal” sözünü işlətməyən və Kreml administrasiyası ilə yaxın münasibətdə olan Çinə dəstək Rusiyanın müttəfiqi Suriyadan gəlib. Əsəd administrasiyası Pelosinin səfərini “Çin Xalq Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyən düşmənçilik hərəkəti” kimi qiymətləndirib.
Suriya dövlət agentliyi SANA-da yer alan xəbərə görə, Suriya Xarici İşlər və Qürbətçilər Nazirliyi öz mesajında, “Suriya, Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasına qarşı misli görünməmiş eskalasiya və təxribat siyasətini qətiyyətlə pisləyir”,- deyə bildirilib.
“ABŞ qanunvericilik və icra hakimiyyəti orqanlarının həmin regionda və dünyanın digər yerlərində beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən, həssas və kövrək situasiyaları üzə çıxaran vəziyyəti zorla məcbur etmək üçün davamlı səyləri çərçivəsində bu vəziyyətləri sürükləyə bilər.
Amerikanın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və öz müqəddəratını təyin etməsinə yönəlmiş düşmən və ehtiyatsız siyasəti bəşəriyyətin bu günü və gələcəyi üçün qorxu mənbəyinə çevrilib və bu, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və digər ölkələrdə çox açıq şəkildə özünü göstərir”,- deyə nazirlikdən bildiriblər.
Xarici İşlər Nazirliyi bildirir ki, Suriya yalnız bir Çini tanıyır və Çinin suverenliyini, müstəqilliyini və ərazisini qorumaq, hüququnu müdafiə etmək üçün qərar qəbul etdiyi tədbirləri və addımları ataraq, Çin Xalq Respublikasının bu səfərlə bağlı bəyan etdiyi mövqeləri tam dəstəkləyir.
Leyla, Bizimyol.info