Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Odessadan çıxan ilk gəmi Türkiyə sahillərinə çatıb
Odessadan çıxan ilk gəmi Türkiyə sahillərinə çatıb

Avqustun 2-də Odessa limanından qarğıdalı çıxaran ilk gəmi Türkiyə sahillərinə çatıb.

Hazırda Sierra Leone bayrağı altında dalğalanan “RAZONI” gəmisi İstanbul yaxınlığında yoxlanılır. Yoxlama Ukrayna və Rusiya rəsmilərinin, həmçinin Türkiyə və BMT nümayəndələrinin daxil olduğu qrup tərəfindən aparılır. Bundan sonra 26 min ton qarğıdalı yükü Tripoliyə (Livan) çatdırılacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  gəminin Türkiyəyə gəlməsi ilə bağlı məlumatı ölkənin Müdafiə Nazirliyi təsdiqləyib.

Türkiyə rəsmilərinin sözlərinə görə, gəmi avqustun 3-də birgə nəzarət qrupu tərəfindən yoxlanılır.

"Birgə Təftiş Qrupu Qara dənizdə Boğaziçi boğazının girişində gözləyən qarğıdalı gəmisi “RAZONI”-ni yoxlamaq üçün Sahil Təhlükəsizlik Xidməti yola düşüb",- deyə  bildirib.

Qlobal bazarda, xüsusilə Asiya, Afrika və Yaxın Şərqdə Ukraynanın ərzaq məhsullarına təcili ehtiyac var. Çünki BMT son onilliklərin ən böyük qıtlığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bir müddət əvvəl bildirilmişdi ki,  avqustun 1-də Odessadan çıxan ilk gəmi “taxıl dəhlizi”ndən uğurla keçib. “RAZONI” quru yük gəmisi avqustun 2-dən 3-nə keçən gecə İstanbula doğru hərəkət edir. Daha sonra gəmi Liviyaya yollanacaq. Bu arada Türkiyə Ukraynadan hər gün gəmilərin yola düşəcəyini gözləyir.

“Ukrainian Shipping Magazine” (USM) profil portalı da,  “RAZONI”-nin hərəkəti haqqında məlumat yayıb. Rusiya mediasının İstanbuldakı koordinasiya mərkəzindəki mənbələri bu məlumatı təsdiqləyir.

Ukraynanın baş naziri Denis Şmigal bir müddət əvvəl bildirib ki,  bu il buğdanın 20 milyon tona qədər yığılacağı gözlənilir ki, bu da daxili tələbatın 5 qatını üstələyir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »