Tayvanla bağlı fikir ayrılıqları həqiqətən ciddi münaqişəyə, hətta müharibəyə çevrilə bilərmi? Gəlin, bu və bu kimi başqa sualları elə Çin hökumətinin yanaşmasından cavablayaq. Görək, Çin nə üçün Tayvanı özünün bölünməz tərkib hissəsi hesab edir? Onu da qeyd edək ki, suallarla bağlı verilən cavablar Çinin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Liu Şaobinə məxsusdur və O, bu fikirlərini qardaş ölkənin mətbuat nümayəndələri ilə bölüşüb:
"Asiya-Sakit Okean regionunda gərginliyin artmasının əsas səbəbi ABŞ-ın geosiyasi oyunlar oynaması, “Çin təhlükəsi” adlandırdığı nəzəriyyə vasitəsilə qara təbliğat aparması, soyuq müharibə təfəkkürü ixrac etməsi və qarşıdurma yaratmasıdır. Tayvan Çin dövlətinə görə, öz ərazisinin bölünməz hissəsidir. Tayvan məsələsi tamamilə Çinin daxili işləri çərçivəsindədir.
Gərginliyin artmasının əsas səbəbi hazırkı “Demokratik Tərəqqi Partiyası”nın "Vahid Çin prinsipi"ni rədd etməsi, Boğazın hər iki sahilinin Çinə aid olması faktını dəyişdirməyə çalışması, tarixi təhrif etməsi və Tayvanın hansı mənşəyə mənsub olmasını unutdurmağa çalışmasıdır. Bu gedişlə Tayvanın gələcəyi qurban verilə bilər.
ABŞ-da bəzi güclər Çinin inkişafına mane olmaq üçün Tayvanın müstəqilliyinə yönəlmiş separatçı qüvvələri təhrik edir və onlara dəstək verir, “Vahid Çin” prinsipini alt-üst edir, beynəlxalq münasibətlərdə təməl normalarla ciddi ziddiyyətlər yaradır, Tayvan boğazında sülh və sabitliyi ciddi şəkildə pozur. Bunlar təkcə Tayvanı çox təhlükəli vəziyyətə salmayacaq, həm də ABŞ-a ödəyə bilməyəcəyi bədəllər gətirəcək. Xarici güclərə arxalanaraq müstəqilliyə can atmaq, sadəcə olaraq, bir müddət sonra dalana dirənməkdən başqa bir şey deyil".
Nəyə görə Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səyahət planına bu qədər qəti şəkildə qarşı çıxır?
"Çin tərəfi Pelosinin Çinin Tayvan bölgəsinə səfər etmək planları ilə bağlı ABŞ tərəfinə bütün səviyyələrdə qətiyyətlə qarşı çıxmaqla öz ciddi mövqeyini dəfələrlə ifadə edib. Pelosi israrla Tayvana səfər edərsə, bu, ABŞ və Tayvan arasında münasibətlərin faktiki səviyyəsinin yüksəldilməsində böyük hadisə olacaq, Belə ki, ABŞ "Tayvanın müstəqilliyi" tərəfdarı olan separatçı qüvvələrə ciddi şəkildə “yalan siqnal” göndərəcək. Bu isə Çin və ABŞ arasında imzalanan “Birgə Tərəfdaşlıq Bəyannaməsi”nin bütün müddəalarını ciddi şəkildə pozur.
Dünyada yalnız bir Çin var, Tayvan Çin ərazisinin ayrılmaz tərkib hissəsidir və Çin Xalq Respublikası Hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. Pelosi hazırda ABŞ Nümayəndələr Palatasının sədridir və ikinci ABŞ prezidenti kimi fəaliyyət göstərməyə hazırlaşır.
ABŞ hökumətinin vəzifədə olduğu müddətdə istənilən vaxt, hər hansı səbəbdən Tayvana səfər etməsi, ABŞ-ın öz öhdəliyinə götürdüyü “Vahid Çin” siyasətinin ciddi şəkildə pozulmasıdır. Milli suverenliyini qətiyyətlə qorumaq Çin xalqının mütləq iradəsidir. Ərazi bütövlüyü və onun tam birləşməsinə nail olmaq bütün Çin xalqının ümumi arzusu və müqəddəs borcudur.
Odla oynayan özünü yandırar. ABŞ tərəfi öz yolu ilə getməkdə israr edərsə, Çin tərəfi milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qəti və güclü tədbirlər görəcək. Bundan yaranacaq bütün nəticələr tamamilə ABŞ tərəfinin və Tayvanın “müstəqilliyinin” tərəfdarı olan separatçı qüvvələrin üzərinə düşür.
Çin 5000 illik tarixi və 1,4 milyard əhalisi olan böyük bir ölkədir, ümid edirik ki, ABŞ bunu çox aydın başa düşür".
Mətin Şükürlü, Bizimyol.info