Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün virusla bağlı qaraciyər xəstəlikləri çox aktualdır" - Video
"Bu gün virusla bağlı qaraciyər xəstəlikləri çox aktualdır" - Video

Son zamanlar insanlar arasında qaraciyər xəstəlikləri artmaqda davam edir. Qaraciyər serrozu, hepatitlər və s. virus xəstəlikləri geniş yayılıb.

  • Bəs bu xəstəliklərin yayılmasının qarşısını necə almaq olar?

Bu barədə Bizimyol.info xəbər portalına həkim-terapevt Məlahət Abbasova danışıb.

“Qaraciyərin bir çox xəstəlikləri var. Ümumiyyətlə, qaraciyər orqanizmdə çox vacib orqanlardan biridir. Qaraciyər regenerasiya olma qabiliyyətinə malikdir, nə qədər xəstələnsə də özü özünü bərpa edə bilir. Qaraciyərlə bağlı bir neçə cür xəstəliklərə rast gəlinir. Bu gün virusla əlaqədar olan qaraciyər xəstəlikləri çox aktualdır” - deyə həkim bildirib. Onun sözlərinə görə, qaraciyər xəstəlikləri indi daha çox cavanlar arasında yayılıb.

Həkim bildirib ki, əgər əvvəllər qaraciyər xəstəlikləri 50 yaşından böyük insnalarda müşahidə edilirdisə, indi 19-20 yaşından sonra uşaqlarda qaraciyər piylənməsi və digər xəstəliklər nəzərə çarpır:

“Bu, qəbul etdiyimiz qidalarla bağlıdır. Mən heç bir “Fast Food”-un əleyhinə deyiləm. Amma belə qidalarla ehtiyyatlı davranmaq lazımdır”

Həkimin sözlərinə görə, bu gün qaraciyərin virus hepatitləri var ki, çox aktualdır.

“Təxminən 20-30 il əvvəl virus hepatiti eşidəndə həkimlər narahat olurdular. Amma indi o qədər aktuallaşıb və geniş yayılıb ki, adi görünür. Virus hepatitləri çox zaman stomataloji otaqlarda və ginekoloji kabinetlərdə yoluxa bilir. Bəzi virus hepatitləri deyirlər ki, cinsi yolla da keçir. Mən hələ ki, öz praktikamda buna rast gəlməmişəm, bu barədə əlavə şərh verə bilmərəm” - deyə həkim əlavə edib.

Terapevt bildirir ki, virus hepatitləri öpüşmə və ya qab-qacaq vasitəsi ilə yoluxmur.

“İlk öncə sanitariya işlərinə fikir vermək lazımdır. Eyni zamanda hər bir insana məsləhətim odur ki, hər 6 aydan bir mütləq hepatit B viruslarını yoxlatdırsın. Ən azından qan analizi versin. Hepatit B, C virusu və başqa infeksion xəstəliklər 6 aydan bir yoxlanılmalıdır. Çünki biz hamımız xəstəliklərin yayıldığı otaqlarda oluruq. Ginekoloji və stomatoloji otaqlar, iynə otaqlaryla, əməliyyat və s. hamımız bu prosedurlarla qarşılaşırıq. Ona görə də çox aktualdır ki, hər 6 aydan bir virus hepatitlərinin yoxlanılması üçün ən azından 6 aydan bir test verilsin” - həkim bildirir.

Bizimyol.info müsahibə videosunu təqdim edir:

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »