Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putini qəzəbləndirən addım: “Gizli sevgili” də sanksiya siyahısına salındı
Putini qəzəbləndirən addım: “Gizli sevgili” də sanksiya siyahısına salındı

ABŞ Maliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin gizli sevgilisi və uşaqlarının anası olduğu iddia edilən Alina Maratovna Kabayevanı sanksiya siyahısına salıb.

Bizimyol.info xəbər verir ki, Ukraynaya müdaxilədən sonra dəfələrlə Rusiya şirkətlərinə və oliqarxlarına qarşı sanksiyalar tətbiq edən ABŞ administrasiyası, nəhayət, Kabayevaya sanksiya tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasında Kabayevanın “Rusiyada yüksək vəzifəli məmur olmasına və Putinlə yaxın münasibətinə görə” sanksiya siyahısına salındığı bildirilib.

Xəzinədarlıq Departamenti Kabayevadan başqa bir neçə rusiyalı oliqarxı və Rusiyanın məşhur polad şirkətini də sanksiyalar siyahısına əlavə edib. Açıqlamada qeyd olunub ki, yeni sanksiyalarla Rusiya prezidenti Putinə yaxın şəxslərə qarşı təzyiqlər artıb.

Onu da edək ki, keçmiş gimnast və deputat, 39 yaşlı Kabayeva hazırda Kreml yönümlü media qrupunun rəhbəri vəzifəsində çalışır.

Bundan əvvəl Avropa İttifaqı və Böyük Britaniya Kabayevanı sanksiyalar siyahısına salmışdı. ABŞ-ın bu addımı atmağı əvvəllər də düşündüyü, lakin Putinin reaksiyasından ehtiyat etdiyi bildirilirdi. Güman edilirdi ki, ABŞ Kabayevaya qarşı sanksiyaları həddən artıq şəxsi məsələ hesab edir. Xatırladaq ki, aprel ayında ABŞ Putinin iki qızına sanksiya tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, 2001-ci ildə keçmiş gimnastın 18 yaşı olanda Putin özündən 31 yaş kiçik, sevgilisi və 4 uşaq anası olduğu iddia edilən, illərdir hər kəsdən gizli saxladığı Kabayeva ilə tanış olub. Kabayeva 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı ilə bədii gimnastika tarixində ən çox medal qazanan gimnastlardan biri kimi tanınır.

İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »