Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əl-Qaidə” lideri eyvanda dayanarkən dronla vurulub
“Əl-Qaidə” lideri eyvanda dayanarkən dronla vurulub

“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri ABŞ-ın Kabildə keçirdiyi əməliyyat zamanı öldürülüb. Zəvahirinin altı qanadlı “Ninja Raketi” adlandırılan R9X Hellfire ilə vurulduğu barədə şaiələr yayılıb. Dünyanın izlədiyi inanılmaz əməliyyatla bağlı təəccüblü bir iddia gündəmə bomba kimi düşüb.

Bizimyol.info xəbər verir ki, ABŞ kəşfiyyat rəsmiləri iyulun 1-də prezident Co Baydenə iyirmi ildir axtardıqları Zəvahirinin yerini tapdıqları barədə məlumat veriblər. Kəşfiyyatla bağlı ətraflı məlumat istəyən Bayden üçün Zəvahirinin qaldığı evin maketi hazırlanıb və ona əməliyyatın necə davam edəcəyi bildirilib.

Əl-Qaidə lideri həyatının son həftələrini Kabilə səfərləri zamanı britaniyalı diplomatların üzmək və dincəlmək üçün istifadə etdikləri hovuz və bardan 500 metrdən az məsafədə keçirib. Ayman əz-Zəvahirinin eyvanında olarkən pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürüldüyü bildirilən ev Əfqanıstan paytaxtının düz mərkəzində yerləşir.

Məlumata görə, hadisədən sonra Əfqanıstanın yeni hakimiyəti jurnalistlərin və izləyicilərin həmin evə daha yaxından baxmasına mane olublar. "Bu bizim ağrımızdır, gəlin bununla məşğul olaq" deyən silahlı Taliban mühafizəçisi Zəvahirinin yaşadığı küçənin girişini bağlayıb və müxbirlərdən ərazini tərk etmələrini tələb edib. Hətta bir çox jurnalistə təzyiqlər edilib və onlara silah tuşlanıb.

Qonşuların dediyinə görə, Taliban gecə vaxtı həmin yerə baş çəkib və onlara dördmərtəbəli evin aydın görünməməsi üçün heç kimin damlara çıxmasına icazə verməməyi əmr edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »