Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çin ordusu Tayvanı mühasirəyə alıb" - Çin mediası
"Çin ordusu Tayvanı mühasirəyə alıb" - Çin mediası

Dünya aylardır Rusiya və Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Çin-Tayvan münaqişəsində gərginlik pik həddə çatıb. Çindən gələn bütün xəbərdarlıqlara baxmayaraq, Tayvana gedən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi çox açıq açıqlamalar verərkən, Çindən cavab gəlib.

Bizimyol.info xəbər verir ki, dünya ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana gedib-getməyəcəyini tikan üstündə gözləyirdi. Bölgədə gərginliyin pik həddə çatmasına səbəb olan ehtimal reallaşdı. Dünən axşam saatlarında Pelosini daşıyan təyyarənin Tayvana enməsi ilə böhran yeni miqyas aldı.

Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, Pekin Tayvanın hava hücumundan müdafiə zonasına 21 döyüş təyyarəsi və J-20 təyyarəsi göndərib. Səfəri "son dərəcə təhlükəli" adlandıran Pekin administrasiyası qoşunlarını həyəcan vəziyyətində saxlayaraq bir sıra təlim qərarları qəbul edib.

Nensi Pelosi Nensi Pelosi

Çinin “Weibo” sosial şəbəkəsində yayımlanan görüntülərdə materik Çindəki adaya ən yaxın nöqtə olan Fujian sahilində tankların mümkün çıxış üçün mövqe tutduğu anlar var. Çin ordusunun Tayvanı hava və dəniz blokadası altına aldığı bildirilir.

Kommunist Partiyasının nəzarətində olan Çin mediasının dərc etdiyi təlim xəritəsində adanın tamamilə mühasirəyə alındığı görünür.

Pekin administrasiyası heç bir xarici təyyarə və ya gəminin təlim bölgələrinə daxil olmasını istəmir.

Məlumdur ki, bölgədə ABŞ-ın 4 hərbi gəmisi var, onlardan biri təyyarədaşıyıcıdır. ABŞ səlahiyyətliləri bu xəbərləri təsdiqləsə də, təhlükəsizlik baxımından gəmilərin dəqiq yerini gizli saxlayır.

Onu da qeyd edək ki, Çinin hərbi fəaliyyətinə ilk reaksiya Tayvandan gəlib. Tayvan Müdafiə Nazirliyi Çinin real vaxt rejimində ada yaxınlığında planlaşdırılan hərbi təlimlərinin əsas limanları və şəhər ərazilərini təhdid etdiyini açıqlayıb.

Tayvan prezidenti Tsai İnq-ven isə deyib: "Tayvan yüksək hərbi təhdidlərlə üzləşdikdə geri çəkilməyəcək".

Əl-Cəzirədə yer alan xəbərə görə, ABŞ Nümayəndələr Palatasının sədri “Tayvanın yaxşı dostu” adlandırılmasından şərəf duyduğunu və adaya səfərinin üç əsas məqsədinin olduğunu bildirib.

"Biri təhlükəsizlik, xalqımızın təhlükəsizliyi və qlobal təhlükəsizlikdir. İkincisi, iqtisadiyyat, üçüncüsü isə idarəetmədir”,- deyə Polisi bildirib.

Onu da əlavə edək ki, Pelosinin təyyarəsi havada olarkən Çin qırıcılarının kritik əhəmiyyət kəsb edən Tayvan boğazını keçdiyi iddia edilib. AFP-nin abunəçilərinə təqdim etdiyi bu xəbər Çin rəsmiləri tərəfindən təkzib edilib.

Bütün bunlara baxmayaraq, müşahidəçilər Çinin vəziyyəti gərginləşdirməkdən qorxduğunu düşünürlər. Hesab edilir ki, ABŞ Çini bilərəkdən təhrik edir. Əgər Çin Tayvana müdaxilə edərsə, o zaman Avropa da ABŞ-ın yanında dayanmalı və Çinə qarşı sanlsiyalar tətbiq etməli olacaqlar. Rusiyadan fərqli olaraq, Çinin iqtisadiyyatı rəngarəngdir. Çin iqtisadiyyatı yüksək texnologilayal üzərində qurulub və bu sahədə istehsalın qurulması üçün ABŞ və Avropadan gələn detallardan asılı vəziyyətdədir. Kütləvi sanksiyalar Çin üçün ağır nəticələrə səbəb ola bilər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »