Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"James Vebb" teleskopu yeni qalaktika şəklini göndərib - Foto
"James Vebb" teleskopu yeni qalaktika şəklini göndərib - Foto

Ən yeni kosmik teleskop olan "James Vebb" Yerə daha bir şəkil göndərib. Fotoda Kartvil adlı qalaktika göstərilir.

Bizimyol.info xəbər verir ki, şəkil NASA-nın rəsmi saytında dərc edilib.

Vebbin güclü infraqırmızı görmə qabiliyyəti bir çox başqa qalaktikaların fonunda Kartvil və iki kiçik yoldaş qalaktikanın bu təfərrüatlı görüntüsünü ortaya çıxarıb. Alimlərin fikrincə, şəkil,

Kartvil qalaksikasının milyardlarla il ərzində necə dəyişdiyinə dair yeni sübutlar ortaya qoyur.

Kartvil qalaksikası Kartvil qalaksikası

Kartvil qalaksikası təxminən 500 milyon işıq ili uzaqlıqda, “Heykəltəraş” bürcündə yerləşdiyi bildirilir. Bu isə nadir bir mənzərədir. Onun görünüşü, araba təkərinə bənzəyir, böyük bir spiral qalaktika ilə daha kiçik qalaktika arasında güclü toqquşma hadisəsinin nəticəsidir. Qeyd edək ki, Kartvil (Cartwheel) sözü ingilis dilindən tərcümədə də elə "araba təkəri" mənasını verir.

“James Vebb” teleskopu astronomlara əvvəllər görünməyən qalaktikaları göstərib. Kartvil qalaksikası iki halqası var - parlaq daxili və rəngli xarici. Bu fərqli xüsusiyyətlərə görə astronomlar onu "halqavari" adlandırırlar. Bu tip qalaktikalar bizim Süd Yolu kimi spiral qalaktikalardan daha az yayılıb.

Xatırladaq ki, 25 dekabr 2021-ci ildə NASA 10 milyard dollarlıq “Vebb Teleskopu”nu işə salıb. Teleskop 1,5 milyon kilometrlik səyahətə göndərilib. Teleskop 6,4 metr genişlikdə bir böyük güzgüdə birləşdirilmiş 18 altıbucaqlı güzgü seqmentindən ibarətdir.

Teleskop təxminən 13,8 milyard il yaşı olan kainatdakı ən erkən ulduzların zəif işığına baxmaq üçün nəzərdə tutulmuşdu.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »