Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa bizi dəstəkləsəydi, qoşunlarımız artıq Vladivostokda olardı”
"Avropa bizi dəstəkləsəydi, qoşunlarımız artıq Vladivostokda olardı”

Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında Ukrayna Silahlı Qüvvələrində ağır silahlar tükənib.

Bizimyol.info “Rzeczpospolit” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin ştatdankənar müşaviri Aleksey Aretoviç danışıb.

Arestoviç xatırladıb ki, müdafiə qüvvələri təqribən 1300 km-lik cəbhə xətti ilə müharibə aparmalıdır və ümumilikdə 2600 km-dən çox sərhədi qorunmalıdır.

"Tam və effektiv hücum üçün bizim kifayət qədər ağır texnikamız yoxdur. Siz başa düşməlisiniz ki, bu, yerli müharibə deyil - bu, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir. Və biz bu qədər silahla çox işin öhdəsindən gələ bilməyəcəyik”,- deyə Aretoviç bildirib.

Aleksey Arestoviç Aleksey Arestoviç

Onun sözlərinə görə,  Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman “Ukrayna qoşunları artıq Vladivostokda olardı”.

Qeyd edək ki, 3 avqust 2022-ci il tarixindən etibarən Donetsk vilayətində düşmən əsas səylərini Baxmut istiqamətində cəmləşdirir.

Seversk istiqamətində düşmən top və raket artilleriyasından, həmçinin Seversk, Serebryanka və Qriqorovka yaxınlığında tanklardan atəşə tutub. Nikiforovka və Tatyanovka yaxınlığında PUA-ların havadan kəşfiyyatı aparılıb.

Baxmut istiqamətində o, Kodema, Semiqorye, Mayskoye, Berestovoye və Baxmutskoye yaşayış məntəqələri ərazilərini artilleriya atəşinə tutub.

Eyni zamanda Rusiya qoşunları Semigorye və Beloqorovka yaxınlığında hava zərbələri endirib.

Berestovoyenin qərb kənarında irəliləmə olsa da, uğur əldə edilməyib və geri çəkilib.

Eyni vəziyyət Vladimirovka - Yakovlevka və Semigorye - Kodema istiqamətlərində də müşahidə edilir.

Vladimirovka - Soledar və Pokrovskoye - Baxmut istiqamətlərində döyüşlər davam edir.

Texniki kəşfiyyat vasitələrinə qarşı mübarizə aparmaq üçün Rusiya qoşunları elektron döyüş vasitələrini yerləşdirir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »