Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin bəhanəsini kəsdilər, amma şantajı yenə davam etdirir...
Putinin bəhanəsini kəsdilər, amma şantajı yenə davam etdirir...

Rusiyanın “Şimal axını” qaz kəməri üçün sanksiyaya məruz qalmış turbin Kanadada təmirdən sonra Berlinin xahişi ilə geri qaytarılıb və bu gün səhər kansler Olaf Şolz  onu şəxsən özü  yoxlayacaq.

Bizimyol.info “Welt” nəşrinə istinadla xəbər verir ki, baxış səhər saatlarında Mülheim an der Ruhrdakı “Siemens Energy” ərazisində planlaşdırılıb. Nəşr qeyd edir ki, turbin Kanadada texniki nəzarətdən keçib və Portovaya GCS-də quraşdırmaq üçün Rusiyaya daşınmağa hazırdır.

Baxışdan sonra Şolz “Siemens Energy”-nin baş direktoru Kristian Bruch ilə birgə qısa mətbuat bəyanatı verəcək. Xatırladaq ki, yayın əvvəlində Qazprom "avadanlıqla bağlı problemlərə görə" tədarüklərin azalacağını elan eidb.

Və bundan sonra Almaniyaya tədarük iyulun 27-dən 33 milyon kubmetrə endirilib. Kanada, Almaniya və Ukraynada isə bildirilib ki,  “texniki problemlər” bəhanədir. Və əslində bu  sadəcə, Kremlin şantajıdır.

Qeyd edək ki, Ukrayna tranzitindən də yalnız 20 faiz istifadə olunur. İyunun 10-da Kanada Monrealdakı “Siemens Energy” zavodundan turbinini Almaniyaya qaytarmaq qərarına gəlib.

Ukrayna transferi ləğv etməyə çağırıb. Rusiya Federasiyası isə, hələ də birgə müəssisə üçün turbinin istifadəsini bərpa etməkdən imtina edir. Qeyd edək ki, Yamal-Avropa qaz kəmərindən qışdan bəri ümumiyyətlə istifadə olunmayıb.

Kansler turbinlə tanış olduqdan sonra Almaniyanın xarici işlər naziri Annalena Burbok ilk səfərini Kanadaya edəcək.

Avqustun 3-də isə paytaxt Ottavaya deyil, xarici işlər naziri Melani Colinin doğma şəhəri Monreala gedəcək.

Avqustun 2-də Şolz  Almaniyanın “Putinin blefini ifşa etdiyini” və “Şimal axını” üçün turbinin Kanadadan ona qaytarılmasının Ukraynanın xeyrinə olduğunu iddia edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »