Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazilərə dövlətimizin qayğısı vacib bir məsələdir"
"Qazilərə dövlətimizin qayğısı vacib bir məsələdir"

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat,  II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat təşkil edir.

İqtisadşı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,  ərazi bütövlüyümüzün təmin olunması üçün müharibədə iştirak edən və istər xəsarət alan, istərsə də qazi adı qazanaraq öz sağlamlığını bu gün də qoruyan hər bir kəsə hökümətimizin, dövlətimizin  qayğısı, diqqəti olduqca vacib bir məsələdir.

Bu, dövlətin həyata keçirtdiyi sosial siyasətin, əhalinin sosial müdafiəsinin keyfiyyətli şəkildə təmini istiqamətində ən vacib, ən həssas, ən kreatif bir amildir.

O, qeyd edib ki,  Azərbaycan indiyə qədər iki Qarabağ müharibəsi yaşayıb. “Bunun birincisi 90-cı illərin əvvəllərində olub. Bilirsiniz ki, həmin müharibədə də bizim çox böyük itkilərimiz olub. O cümlədən, müharibədə iştirak edib xəsarət alan əlil stasusu qazanmış vətəndaşlarımız var. İkinci Qarabağ müharibəsi bizim qalibiyətimizi təmin etdi. Yəni biz ərazi bütünlüyümüzü bərpa etdik. Amma bu o demək deyil ki, biz birinci Qarabağ müharibəsindəki itkilərimizi unudaq və onları nəzərə almayaq. Onlar da İkinci Qarabağ müharibəsinin iştirakçıları kimi Azərbaycan dövləti üçün eyni statusa, eyni dəyərə və qiymətə malikdirlər.

Onların da sosial müdafiəsinin təmini  İkinci Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin təmini səviyyəsində olmalıdır”,-deyən ekspert bildirib ki, hökümətin də yeritdiyi siyasət məhz bu məqsədə xidmət edir.

Onun sözlərinə görə, bidəfəlik ödəmələr kifayət aqədər böyük məbləği əhatə edir. Ekspert hesab edir ki,  bu vəsait həmin vətəndaşların, yəni sosial müdafiəsi olduqca həssas xarekter daşayan vətəndaşların maddi təminatı bu və digər problemlərin həllinə kifayət qədər kömək edəcək.

“Əlbəttə bu, birdəfəlik yardımdır. Amma eyni zamanda o vətəndaşların aylıq şəkildə maddi təminatı məsələləri də diqqət mərkəzindədir və həmin məsələyə də xüsusi diqqət yetirilməkdədir. Azərbaycan höküməti və dövləti maliyyə imkanları yaxşılaşdıqca, gücləndikcə həm ümumən vətəndaşlarımızın, həm də müharibə iştirakçılarının şəxsi maddi sosial təminatı məsələləri daha yüksək səviyyədə təmin olunacaqdır”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »